Əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasında növbəti mərhələ


Əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasında növbəti mərhələ.

Azərbayca Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnfrastrukturun monitorinqi və Universal Dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi” layihəsinin icrasını həyata keşirir. Layihənin icrası  müddətində fiziki infrastrukturun əlilliyi olan şəxslər üşün uyğunluğunun monitorinqi aparılacaq, sənədləşdiriləcəkdir. Eyni zamanda bərabər imkanların yaradılmasını təmin etmək üçün “Universal Dizayn konsultasiya, layihələndirmə, istehsalat mərkəzi”nin hqquqi və texniki əsası yaradılacaqdır. Mərkəz maarifləndirmə, mövcud vəziyyətə uyğun layihələndirmə, avatanlıq istehsalı və təminatı ilə uyğunlaşdırmanın aparılması funksiyalarını həyata keçirəcəkdir. Qeyd edək ki, bu fəaliyyət bərabər imkanların yaradılması üçün növbəti mərhələdir. Bundan əvvəl təşkilat etaplarla problemin ictimailəşdirilməsi, maarifləndirmə, standartların hazırlanması fəaliyyətləri həyata keçirilmişdir. Bu fəaliyyətlər bir-biri ilə əlaqəlidir  və davamlı inkişaf etdirilir.

Qeyd edək ki, bu müsabiqə çərçivəsində əlillik mövzusu üzrə 26 təşkilata ümumi - 247 000 manat qrant ayrılmışdır (ümumi məbləğin 6.4%). Bunlardan ixtisaslaşmış əlil təşkilatlarına (16 təşkilat) – 143 000 manat, qeyri əlil təşkilatlarına (12 təşkilat) - 104 000 manat, o cümlədən 4  əlil təşkilatına digər mövzuda 35 000 manat vəsait ayrılmışdır.

 

  




Tarix:30/4/2015     udpo.az saytı Geri