NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının qalibİ


 NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının qalibləri elan edildi

Park INN Radisson -da NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının mükafatlandırma mərasimi keçirildi. 

Rəsmi şəraitdə NETTY akademikləri cari ildə 16 nominasiya üzrə ən yaxşı milli veb-resursların və layihələrin adlarını elan etdilər. Mərasimin əvvəlində tədbirin iştirakçıları bir dəqiqəlik sükutla 19 may faciəsinin qurbanlarını yad etdilər.

Ölkənin iri İT-şirkətlərin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar mərasimdə iştirak etdilər. Tədbirin yekunu üzrə video hesabat və fotoşəkillər www.netty.az saytında və sosial şəbəkədə www.fb.com/NETTYAWARD yerləşdiriləcək.

Bu ilin qalibləri:

1. İdman:  DailySport www.dsport.az

2. Şəxsi səhifə: Günay Hacıyeva həkim ginekoloqun saytı www.vaginizm.az

3. Əyləncə: radio Hisset www.hisset.in

4. Elektron kommersiya: DADIM — Bakıda yemək çatdırılma xidməti www.pizza.az

5. Korporativ sayt: Kapital Bank www.kapitalbank.az

6. Servis-sayt:  ödəniş sistemi www.e-pul.az

7. Cəmiyyət: Magic Happens layihəsi  www.santa.az

Azərbaycan Əlil Təşkilatları İttifaqı (ƏTİ) www.udpo.az

8. Elm və təhsil: www.mentiq.az

9. İnformasiya və xəbərlər: www.olke.az İnformasiya Agentliyi

10. Mədəniyyət və incəsənət:  Hüseyn Cavidin ev muzeyi www.huseyncavid.com

11. Dövlət saytı: AR FHN www.fhn.gov.az

12. Azərbaycan:  e-Visa Azerbaijan layihəsi www.evisa.com.az

13. Sosial şəbəkənin seçimi: Virtual Azərbaycan www.azerbaijan360.az

14.Mobil avadanlıqlar üçün ilin proqramı: Baku City Guide–Adnroid platforması – müəllif Cəfər Nəcəfov

15. İlin İT-hadisəsi: Bakutel 2014 20-ci yubiley sərgisi

16. İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə mükafatlandırılıb : Azərbaycan İnternet Cəmiyyətinin və “Azerin” provayderin rəhbəri Qalib Qurbanov

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Mükafatın baş partnyoru KATV1.

Müsabiqənin partnyorları aşağıdakılardır: Tabasko Branding Bureau şirkəti www.facebook.com/tabaskonline. BakuTel sərgisi, SmartHost şirkəti.

Tədbirə İnformasiya dəstəyini 1news.az , Infocity.az , Oxu.az, Disput.az, Smartfon.az, Inet.az göstərir.

Müsabiqənin əsas prizi NETTY heykəlciyidir. KATV1 tərəfindən bütün qaliblərə Myvideo Smart Box “ağıllı” cihaz hədiyyə verilmişdır, hansı ki hər bir qoşulan televizoru Smart TV-yə çevirə bilir. Həmin avadanlığın köməyi ilə internet vasitəsilə yerli və xarici televiziya kanallarını izləmək, adi TV-də sosial servislərdən istifadə etmək mümkündür. SmartHost.az şirkəti bütün nominantlara hostinq-paketlər hədiyyə etdi, hər qalibə isə AZ domenində pulsuz qeydiyyatdan keçməyə imkan yaratdı.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az və ya info@nettyaward.com ünvanına göndərə bilərsiniz.

Şəkillərə burada baxmaq olar

  




Tarix:19/8/2015     udpo.az saytı Geri