“Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası”


14-15 oktyabr 2015-ci il tarixdə Avropa İttifaqının “Əlilliyi olan şəxslərin Azərbaicanın ali təhsil müəssisələrinə inteqrasiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının ali məktəblərində İnkluziv təhsil mərkəzlərinin yaradılması ilə əlaqədar onlayn təlim keçirilmişdir. Təlimi Makedoniya universitetinin (Yunanstan) layihə üzrə koordinatoru və əməkdaşları aparmışlar. Təlimdə Azərbaycandan Xəzər universiteti (kordinator), Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Əlil Təşkilatları İttifaqı (ƏTİ) partnyor təşkilatlar kimi qoşulmuşlar.

20-22 oktyabr 2015-ci il tarixdə Sumqayıt Dövlət Universitetində bu mövzuda təlimlər davam etdiriləcəkdir.

 




Tarix:19/10/2015     udpo.az saytı Geri