“Autizmli uşaqların cəmiyyətə inteqrasiyası”


Hörmətli həmkarlar,

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu “Autizm Defektoloji və
Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM) ilə birgə 20.11.2015-ci il
tarixdə saat 11.00-də “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” adlı Dəyirmi
masa təşkil edəcəkdir.
XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir
mövzudur. Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyonu
autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikaya görə ölkəmizdə təxminən 4000-ə
yaxın uşaq autizm sindromundan əziyyət çəkir. Yalnız ADPYM-də 1000 nəfərə
yaxın autizm sindromundan əziyyət çəkən uşaq qeydiyyatdadır. Yaranma səbəbləri
dəqiq məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir.
Dəyirmi masada 20 noyabr Uşaq Hüqüqlarının Müdafiəsi günü ilə əlaqədar
olaraq qanunvericiliyin təkmilləşdirilməsi zamanı autizm sindromlu uşaqların
qarşılaşdıqları problemlərin həllinə dair təkliflər müzakirə ediləcək.
Tədbirdə Milli Məclis, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman
aparatı, Sosial Hüqüqların Araşdırılması İctimai Birliyi, digər aidiyyəti qurumların
və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Sizi həmin tədbirə dəvət edirik.
Tədbirin keçiriləcəyi yer: Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi 22,
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
Hörmətlə,
ARTPİ-nin İnklüziv təhsil şöbəsinin müdiri “Autizm Defektoloji və Psixoloji Yardım
Lalə İmanova Mərkəzi” İB-nin sədri
Tel: (+99455) 683 37 57 Çiçək Məmmədli
(+99412) 493 30 06 Tel: (+99450) 370 23 48
 




Tarix:3/11/2015     udpo.az saytı Geri