“Mənim Dünyam” adlı növbəti satış sərgi


Noyabır ayının 6-da “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Diplomatiya Akademiyasının təşkilatı dəstəyi və Akademiyanın bir qurup gənc tələbələrinin təşəbüsü ilə Fiziki məhdud istedadli insanların  “Mənim Dünyam” adlı növbəti satış sərgisin təşkil etmişdir. Sərgidə İ.Ə.İ.B-nin üzvləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya Mərkəzinin yetirmələri olan gənc müəlliflərin də əl işləri sərgilənirdi. Sərgidə rəsm, kərgüzarlıq, toxunma, taxta üzərində yonma və Milli simvollara aid əsərlərin nümaişi və satışı da nəzərdə tutulub. Sərgidə əsasən birinci qrup fiziki məhdudiyyəti olan müəlliflərin əsəri nümayiş olunub.
“İstedadlı Əlillər” İB-i sərgilər və ya satış-sərgilər təşkil etməkdə məqsədi əlilliyi olan istedadlı insanların bacarıqlarını cəmiyyətə nümayiş etdirmək, müəllifləri tanıtmaq, gələcək fəaliyyətlərini inkişaf etdirmək üçün onlara stimul verici şərait yaratmaq və maddi təminatlarının yaxşılaşmasına dəstək olmaqdır.  
 

Davud Rəhimli






Tarix:6/11/2015     udpo.az saytı Geri