13 noyabr Beynəlxalq gözdən əlilliyi olan insanlar günüdür.


 13 noyabr 1745-ci ildə anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. O, 1784-cü ildə isə öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.

Onun şərəfinə Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə təşkilatının tövsiyəsi ilə 13 noyabr Beynəlxalq gözdən əlilliyi olan insanlar günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyondan çoxunu gözdən əlilliyi olan şəxslərdir.

Azərbaycanda bu insanların sayı otuz beş mindən çoxdur. Azərbaycan Gözdən Əlillər cəmiyyəti bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatıdır.

Son illər gözdən əlilliyi olan şəxslər üçün dövlət hesabına mənzillər tikilib istifadəyə verilmiş və hazırda da bu davam etdirilir.  

 




Tarix:13/11/2015     udpo.az saytı Geri