“İncə məqamlar” sərgisi və konserti


“İNCƏ  MƏQAMLAR” SƏRGİ VƏ KONSERT

                                                                

       17 may 2016-cı il tarixdə Ümumimilli Liderimiz  Heydər  Əliyevin 93-cü   yubileyi münasibəti ilə  Beynəlxalq Muğam Mərkəzində  İstedadlı Əlillər  ictimai birliyi  fiziki məhdud istedadlı insanların “İncə məqamlar” adlı  sərgisin və konsertin təşkil etmişdir.  Tədbir  Azərbaycan  Respublikasının Prezidenti Yaninda  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Fiziki məhdudiyyəti olan  istedadlı  şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" adlı layhəsi çərçivəsində təşkil olunmuşdur.   “İncə məqamlar” adlı  sərgi və konsert  proqramında  23 müəllifin 400 ədəd  əl işlərindən  ibarət  əsərlərin satış  sərgisi və 10 nəfər əlilliyi olan istedadlı  musiqiçilərin ifasında konsert proqramı təşkil olunmuşdur. İstedadlı Əlillər ictimai birliyinin sədri Cavad Qasımov Layihə haqqında geniş məlumat verərək  qeyd etdi ki,  “Tədbirin  keçirilməsində məqsədimiz  fiziki məhdud istedadlı insanların fəaliyyətini ictimayyətə təqdim etmək, onların cəmiyyət tərəfindən tanınmasına şərait yaratmaq, gələcək fəaliyyətlərinə stimul vermək və istedadları sayəsində  maddi rifah halının yaxşılaşmasında onlara dəstək olmaqdır. Qeyd edim ki, bu günkü  sərgiyyə çıxarılan əsərlər müəlliflərin özlərinin iştrakı ilə satışa çıxarılıb”...

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizmi Nazirliyinin, Milli Paralimpiya Komitəsinin,  Abşeron və Binəqədi Rayon İcra Hakimiyyətlrinin və  Qeyri-Hökumət Təşkilatlarının rəhbərlikləri və nümayəndələri, o cümldən Millət Vəkili Qənirə xanım Paşayeva, İctimayyətin nümayəndələri, Ziyalılar, Şəhərimizin sakinləri və qonaqları iştrak etmişdir. Tədbir  Beynəlxalq  Mugam Mərkəzinin , 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabiltasiya  Mərkəzinin, Əlil İdmançılara Dəstək ictimai birliyinin və  Makro Marketin təşkilatı dəstəyi ilə təşkil olunmuşdur.

Tədbirin iştrakçıları Fəxri Fərman və Diplomlarla təltif edilmişdir






Tarix:17/5/2016     udpo.az saytı Geri