Rio 2016 XV Yay Paralimpiya Oyunları


 Rio 2016 XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan Milli Paralimpiya komandası bugün hesabına daha 2 medal əlavə edərək oyunları uğurla başa vurdu. Komandamızın əldə etdikləri medal siyahısı aşağıda qeyd olunub:
1. Ramil Qasımov – -73kg (Cüdo) – Qızıl
2. Bayram Mustafayev– -66 kg (Cüdo) – Gümüş
3. Kamil Əliyev – uzunluğa tullanma (Atletika) – Gümüş
4. Yelena Çebanu – 100m qaçış (Atletika) – Gümüş
5. Yelena Çebanu – uzunluğa tullanma (Atletika) – Gümüş
6. Raman Saleh – 100m arxasıüstə (Üzgüçülük) – Gümüş
7. Dmitri Saleh – 100m brass üsulu (Üzgüçülük) – Gümüş
8. Dmitri Saleh – 50m sərbəst (Üzgüçülük) – Gümüş
9. İradə Əliyeva – nizə atma (Atletika) – Gümüş
10. Səfərov Rövşən – -81 kg (Cüdo) – Bürünc
11. Yelena Çebanu – 200m qaçış (Atletika) – Bürünc

Bununla da Azərbaycan idmançılarının ölkəmizə qazandırdıqları medalların sayı 11-ə (1 qızıl, 8 gümüş və 2 bürünc) çatıb və yığmamız komanda hesabında Rio 2016 XV Yay Paralimpiya Oyunlarında 47-ci yerdə qərarlaşıb.

 

 

Davud Rəhimli






Tarix:19/9/2016     udpo.az saytı Geri