Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsinə yekun vuruldu


Sumqayıt şəhəri                                                                         13.11.2016

 

Əlilliyi olan şəxslərin məşğulluğunun təmini layihəsinə yekun vuruldu.

 

Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlara müvafiq yeni peşə və ixtisasların öyrədilməsinin təşkili” adlı layihəsi üzrə peşə kurslarının  icrasını başa çatdırıb.Layihə 6 ay müddətində davam etdi və 48 nəfər əlilliyi olan şəxslər bu layihədən bəhrələndi. Layihə 3 mərhələ üzrə davam edib və hər mərhələnin sonunda davamiyyət göstərən əlillyi olan şəxslər  sertifikatlarla təmin olunublar. Layihənin məqsədi əlilliyi olan şəxslərin maddi  durumunun  yaxşılaşdırılması,onların cəmiyyətə inteqrasiya olunması   üçün  məşgulluğunun təmin edilməsi, peşəyönümlü proqramlara, işədüzəltmə xidmətlərinə və peşəkar, fasiləsiz təhsil prosesinə qoşulmaq imkanını yaratmaqdır. Təlim kurslarının iştirakçılar tərəfindən səmərəli şəkildə mənimsənilməsi və tətbiqi gələcəkdə fiziki məhdud şəxslərin əmək fəaliyyəti ilə məşğul olmasına zəmin yaradacaq. Eyni zamanda, fiziki məhdud şəxslərin öz problemlərinin həllində özlərinin iştirakçılığına və cəmiyyətdə aktiv olmalarına stimul verəcək. 

                                

Layihə rəhbəri :   Səbinə Kərimova

 

                    

 

Layihə rəhbəri :   Səbinə Kərimova

 




Tarix:14/11/2016     udpo.az saytı Geri