“Siz tək deyilsiniz! Biz sizinləyik”


“Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsi çərçivəsində gənclərdən ibarət dəyirmi masa baş tutub....

       Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Siz tək deyilsiniz! Biz sizinləyik”  layihəsibdə nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, gənclərin iştirakı ilə növbəti 4-cü dəfə Dəyirmi Masa yığıncağı keçirilib. Valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin həmçinin, internat evlərinin məzunlarının tibbi-sosial qayğılarına sosial problemlərinin həlli istiqamətində təşəbbüs qrupu olaraq yaradılmış “Gənc Heydərçilər” klubunun üzvləri və müxtəlif universitetlərdən dəyirmi masaya qoşulan gənc tələbələr və könüllü fəaliyyətlə məşğul olan gənclərlə müzakirələr aparılıb.

    Layihə rəhbəri Şəhla Qarayeva tədbiri açıq elan edərək gəncləri salamlayıb və layihə haqqında gəncləri məlumatlandıraraq bildirib ki, “Siz tək deyilsiniz! Biz sizinləyik” layihəsini həyata keçirməklə aztəminatlı ailələrin uşaq evlərində, internatlarda yaşayan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq və gənclərin tibbi-sosial müdafiəsinin təmin edilməsi, onların cəmiyyətə inteqrasiya olunması istiqamətində cəmiyyətimizdə olan problemləri aradan qaldırmağı qarşıya məqsəd qoyub.

 
      Tədbirdə könüllü olaraq fəaliyyət göstərən gənclərdən ibarət yaradılmış “Gənc Heydərçilər” klubunun sədri Nicat Müslümov, sədrin köməkçisi, eləcə də Bakı Slavyan universitetinin tələbəsi Aygün Əlizadə, klubun vitse-prezidentləri İbrahim Babazadə, Fidan Abbasova, eləcə də digər könüllü olaraq fəaliyyət göstərən müxtəlif universitetlərdən olan gənclər iştirak edərək layihədə qaldırılmış problemlər haqqında maraqlı təkliflər veriblər, layihədə qaldırılmış problemlərə gəncliyin gözü ilə nəzər salınıb.

Sonda layihə çərçivəsində çap olunmuş SİZ TƏK DEYİLSİNİZ BİZ SİZİNLƏYİK! kitabı gənclərə təqdim olunub.

 

                  “Siz tək deyilsiniz! Biz sizinləyik”  Tənha insanlara sosial və

                    psixoloji dəstək  layihəsinin rəhbəri Şəhla Qarayeva      

 




Tarix:14/11/2016     udpo.az saytı Geri