2 Aprel Dünya Autizm Məlumatlandırma Günü


“AUTİZM -DEFEKTOLOJİ VƏ PSİXOLOJİ YARDIM MƏRKƏZİ" nin sədri Çiçək Məmmədlinin təşkilatçılığı ilə 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. 
Tədbirdə, hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Elmira Süleymanova, millət vəkili Qənirə xanım Paşayeva, HOMS-un səfir xanımları, Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində İctimai Şuranın sədri prof. Mayis Əliyev, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, Pasient Təşkilatları İttifaqının prezidenti Ayaz Hüseynov iştirak etmişlər. 

Qeyd edək ki, aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi yəni 70 milyon əhali autizmin qurbanıdır. Qeyri-rəsmi stastistikamıza əsasən ölkəmizdə təxmini 5000 yaxın uşaq və yeniyetmə autizm sindromundan əziyyət çəkir.Getdikcə bu say artmaq üzrədir. Yaranma səbəbi hələdə elmə məkum deyildir. 
Sonda “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi Fəxri heyətinin üzvləri diplomla təltif edilmişlər.

 — Davud Rehimli ilə birlikdə.   

 






Tarix:2/4/2017     udpo.az saytı Geri