“İslamdakı gözəllik, danışan əllərlə“


PRESS LIST

 

Bu gün Abşeron Rayon Mədəniyyət evində “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin təşkil etdiyi “İslamdakı gözəllik, danışan əllərlə “ adlı elmi-proktiki konfransı keçirilmişdir. Konfransın məqsədi İslam dininin gözəlliklərindən bəhs edərək , bu dinə eşitmə və nitq məhdudiyyəti olan insanların gözü ilə yanaşmağı cəmiyyətə çatdırmaq idi.

 Konfransı giriş sözü ilə açan “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslər”İctimai Birliyinin direktoru Cəmilə Abdulova çıxış edərək “bu cür seminarın eşitmə məhdudiyyətlilər üçün ilk olduğunu” vurğuladı. O, bu seminarın cəmiyyətdə olan eşitmə və nitq məhdudiyyətli gənclər üçün çox önəmli olmağından söhbət açaraq butün tədbir iştirakşılarına İB adından təşəkkürünü bildirdi. Daha sonra tədbiri “ENMŞ” İB-nin təlimçisi,  eştmə məhdudiyyətli gənc Mahmud Səfərov və  İctimai Birliyin müəlliməsi, tədbirin idea müəllifi  Aidə Səfərova  aparıcı-təlimçisi  kimi bu cür mövzulardan kənarda qalan  və lakin buna baxmayaraq İslam Dinin gözəlliklərini dərk edən eşitmə və nitq məhdudiyyəti insanlardan bəhs etdi. Tədbirdə dini mövzulardan danışılaraq, eşitmə məhdudiyyətlilər və islam dini haqqında kiçik video çarxlar nümayiş olundu. Tədbirdə əvvəldən sona qədər 30 a yaxın eşitmə və nitq məhdudiyyətli gənc üçün surdo-tərcuməni Yeganə Tağıyeva etdi.

 Tədbirə qonaq qismində dəvət olunan İlahiyyatçılar, həkim-surdoloq, psixoloq, hüquqşünas və müəllimlər çıxış etdilər. Konfransda eşitmə və nitq məhdudiyyətli gənc Nərgiz Hümbətli eşitmə və nitq məhdudiyyətlilər adından və şəxsən öz adından çıxış edərək bu İctima Birliyin eşitmə və nitq məhdudiyyətli gənclər üçün çox önəmli olmağından söhbət açdı və bildirdi ki,” “ENMŞ”İB yaranandan mən yenidən doğuldum və mənimlə birgə neçə neçə gənc bu birliyi özümüzə doğma ev  və Cəmilə xanımı isə özümüzə ana bilirik.  Bu konfras isə bizə dinimizi daha dərindən tanımağa yardımçı  və cəmiyyətimizə bizim kimi insanarında varlığını bir daha hiss etdirdi”

 Tədbirdə bir çox QHT-lər, Abşeron Rayon İcra Hakimiyyəti, Rayon Ağsaqqallar şurası, rayon Dini qurumlar nümayəndəliyi, rayon Mədəniyyət şöbəsi, Rayon İnformasiya şöbəsi, AZİMUT tədris mərkəzi,  KİV nümayəndələri iştirak etdilər.  

Davud Rəhimli

 




Tarix:16/10/2017     udpo.az saytı Geri