İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış


Şurasının dəstəyi ilə İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxış” mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunmuşdur

03.11.2017 –ci il tarixində “Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İslam Həmrəyliyi: Azərbaycan 2017 - müasir baxışadlı layihə çərçivəsində həmin mövzu üzrə Cəbrayıl rayonu K. Məmmədov adına Boyuk Mercanlı orta məktəbi, 2 saylı Xocavənd tam orta məktəbi, və Bakı şəhərinin 21 və 24 saylı orta məktəblərinin şagirdləri üçün Hacı Zeynal Abdin Tağıyevin Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirmə tədbiri–seminar təşkil olunmuşdur.

Qeyd edək ki, bu layihənin əsas məqsədi dövlətin siyasətini dəstəkləyərək, uşaqları 2017-ci il “İslam Həmrəyliyi ili” üzrə fəaliyyət prosesinə cəlb etmək, bu fəaliyyəti işıqlandıraraq digər məktəblilər arasında genişləndirmək, eyni zamanda məktəbliləri bu mövzu üzrə maarifləndirərək İslam dünyasını təşkil edən ölkələri, onların tarixini, mədəniyətlərini öyrətmək. Habelə mövzu ətrafında diskussiyala dəvət etmək, onlarda yaranan suallrı cavablandırmaq, onlarda islam dünyaında baş verən hadisələ düzgün baxışlar yaratmaq, eyni zamanda tolenrantlıq, qarşılıqlı əməkdaşlıq və bu kimi mövzularla uzlaşdırmaq.

Layihə rəhbəri A. Haciyeva öz çıxışında belə bir vacib məsələyə həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya, eyni zamanda tədbirin Milli Azərbaycan Tarixi Muzeyində təşkilinə görə şərait yaradan Müzeyin rəhbərliyinə təşəkkürünü bildirib.

Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov tədbirinin iştirakçılarını salamlayaraq bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, şagirdlərin ölkədə həyata keçirilən mühüm dövlət proqramlarına cəlb olmasını yüksək qiymətləndirmişdir.

Tədbir çərçivəsində mövzu ətrafında şagirdlərin fikirləri dinlənilib, müzakirələr aparılıb, layihə çərçivəsində həmin mövzu üzrə nəşr olunmuş bukletlər paylanıb. Eyni zamanda tədbir iştirakçıları Milli tarix Muzey tərəfindən Z.Tağıyev Klubunun görüşlərində iştirak etməyə dəvət olunmuşlar.

Tədbrin sonunda məktəblilər layihə çərçivəsində elan olunan “İslam həmrəyliyi uşaqların gözü ilə” foto, rəsm və yazı müsabiqəsində iştirak etməyə dəvət olunublar. Tədbirin sonunda seminar iştirakçılarının hər birinə iştirak barədə sertifikatlar təqdim olunub.

Layihə rəhbəri,

Arzu Haciyeva

 




Tarix:6/11/2017     udpo.az saytı Geri