Samux rayonunda İƏSRM-nin üzvləri ilə görüş


3 dekabır Beynəlxalq Əlillər Günü münasibəti ilə İstedadlı Əlillər İB-nin əməkdaşları Samux rayonunda fəaliyyət göstərən "Fiziki imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya mərkəzi"nin üzvləri və valideyinlər ilə görüş keçirmişdir. Əvvəlcə mərkəzin işci heyəti və valideyinlərin iştrakı ilə keçirilən seminarda Mərkəzin rəhbəri Elmira İsmayılova mərkəzdə görülən işlər haqqında geniş məlumat verərək qeyd etdi ki, “Samux rayonunda fiziki imkanları məhdud uşaqlar üçün yaradılan icma əsaslı reabilitasiya mərkəzi yeddi ay ərzində çox uğurlu fəaliyyət göstərmişdir. Mərkəzimizdə 50 nəfərdən artıq fiziki imkanları məhdud uşaqlara və 150 valdeyinə müxtəlif sahələr üzrə sosial xidmət göstərilmişdir. Samux rayonu ərazisində yaşayan fiziki imkanları məhdud uşaqlara tərtib etdiyimiz qrafik üzrə layihənin işci qrupu Mərkəzdə və evlərə gedərək uşaqlara və ailələrə sosial iş, gündəlik həyat (funksional) vərdişləri (abilitasiya), sosial-psixoloji dəstək, sosiallaşma və ünsiyyət, koqnitiv bacarıqlar və təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf) və digər sahələr üzrə xidmətlər göstərmişdilər. Keçən seminarda valideyinlərin qeyd etdikləri problemlərin bəziləri bizim dəstəyimizlə həll olunub bəziləri isə aidiyatı qurumlara qurumlara göndərilib. Mərkəzimizdə fiziki məhdudiyyəti olan uşaqlar üçün lazımı şərait yaradılıb, işci qurupu həftənin beş günü qeyd etdiyim sahələr üzrə uşaqlarla məşğul olur, müalicəyə və müayinəyə ehtiyacı olan uşaqları müxtəlif müalicə müəssələrinə göndərilməsinə dəstək olmuşuq”. 
Görüşdə iştrak edən valideyinlər Samux rayonunda yaradılan İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzinin xidmətlərdən eləcədə qayğıları və problemlərindən danışdılar. Qeyd olunan problemlərin həlli yolları müzakirə edildi. Müraciətlərdən məlum oldu ki, bir çox ailələrin ünvanlı sosial yardım almalarında və evladlarının müalicə məsələlərində çətinlklərlə üzləşirlər. 
Tədbirdə İstedadlı Əlillər İB-nin sədri Cavad Qasımov çıxışında qeyd etdi ki, "Bu sizinlə növbəti görüşümüzdür ki, 3 dekabır Beynəlxalq Əlillər gününə təsadüf edir. Bildiyiniz kimi hər il Ölkəmizdə 3 dekabır Beynəlxalq Əlillər Günü çoxsaylı qurumların müxtəlif mövzularda təşkil etdikləri tədbirlrlə əlillik məsələlərini gündəmə gətirir. Bizim təşkilat əlilliyə aid mövzuları əhatə edən məsələlər ilə bağlı tədbirlərin ilin hər bir vaxtında təşkil olunmasının və gündəmdə olmasının tərəftarıdır. Çünki buna ehtiyac var. Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan uşaqlara qayğı, diqqət eyni zamanda onların problemləri və bu problemlrin həlli yolları hər vaxt aktual və vacib məsələlərdir. Dövlətimiz bu sahdə bir çox işlər görür və bu işlər davam etdirilir. Bununla yanaşı həlli vacib məsələlərin daha çox əhatəli və keyfiyyətli olması üçün bir çox işlərin görülməsinə ehtiyac var. Düşünnəm ki, sosial sahədə aparılan işlərdə QHT və Dövlət qurumları ilə yanaşı özəl qurumlarında iştrakçılığı sistemli şəkildə olmalıdır. 
Burda qeyd olunan məsələlər Birliyimiz tərəfindən aidiyyatı üzrə Dövlət orqanlarına çatdırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan məsələlər isə tərəfimizdən ümumiləşdirilmiş halda Nazirliyin rəhbərliyinə çatdırılacaq. Bildiyiniz kimi Samux rayonunda "Fiziki imkanları məhdud olan uşaqlar üçün yaradılan icma əsaslı sosial reabilitasiya mərkəzinin fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi əsasında fəaliyyət göstərir. Bizim Birlik isə bu sifarişi icra edir. Birliyimizin əməkdaşları ilə yanaşı müxtəlif sahələr üzrə könüllülərimiz də Mərkəzin fəaliyyətində yaxından iştrak edirlər”... 
Tədbirdən sonra iştrakçılar sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşdülər, onlara hədiyələr təqdim etdilər. 
İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti

 




Tarix:1/12/2017     udpo.az saytı Geri