Əlilliyi olan gənclər üçün peşə kursu


   “Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Preizdenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Əlilliyi olan gənclərin peşə kurslarına cəlb edilməısinin təşkili və onların   məşğulluğunun təmini” layihəsinin icrasına başlayıb.

    Tədbiri giriş sözü ilə açan Birliyin sədri və layihə rəhbəri Azər  Rəşidov iştirakçıları salamlayaraq layihə barədə geniş məlumat verib. Onun sözlərinə görə bu layihənin məqsədi  əlilliyi olan gəncləri peşə kurslarına cəlb edərək onların gəlcəkdə bir mühasib kimi yetişməsinə təkan verəcək. Sonra layihə rəhbəri maliyyə uçotu kursuna yiyələnəcək  30 nəfər əlil gəncin  müraicətləri əsasında  seçildiklərini bildirdi. May  ayının əvvələrindən  start götürən kurs 4 ay müddətində davam edəcək. Dərs proqramı 2 təlimçi tərəfindən  həftədə 2 dəfə olmaqla təşkil olunur. 

   Birliyin mühasibi Cabir Sultanov əlilliyi olan gənclərin məşqulluğunun təminatında yaranan çətinliklərindən danışdı. O bildirdi ki, əlilliyi olan gənclərin peşə kurslarında əldə etdikləri  bilik və bacarıqla bu problemi qismən də olsa aradan qaldırmaq mümkün olacaq. Bu gün ölkəmizdə mühasiblərə böyük ehtiyac var və  fiziki məhdud gənclər arasında bu ixtisasa yiyələnmək onların sosial rifahının yaxşılaşmasına zəmin yaradacaq. Bu layihə sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasında onların işlə təmini, müstəqil yaşamasına dəstəkdir.

    Sonra maliyyə uçotu  kursunun təlimçisi  Səbinə Kərimova mühasibatlıq kursunun üstünlüyü  haqqında məlumat verərək qeyd edib ki, indi  beynəlxalq standartlar mövcuddur və bu yeni sistemləri öyrənmək vacibdir. Kurs boyu maliyyə uçotu, hesabatların hazırlanması kimi mövzuların tam nəzəriyyəsi öyrədiləcək. Hər bir iştirakçının kursdan bəhrələnməsi üçün dəstək veriləcək. Kursu keçmiş hər bir əlilliyi olan gənc imtahan verəcək və birliyin təsdiq etdiyi xüsusi sertifikata yiyələnəcəklər.

Tədbir müzakirələrlə sona çatıb.

 

 
 




Tarix:28/5/2018     udpo.az saytı Geri