Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi


Avropa İttifaqının dəstəyi ilə BMT İnkişaf Proqramının Azərbaycan ofisinin icra etdiyi “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı üzrə "Konstitusiya" Araşdırmalar Fondunun “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi çərçivəsində 30 may 2018-ci il tarixdə Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində 

“Azərbaycanda sosial işin təşkili: mövcud vəziyyət və gözləntilər” mövzusunda konfrans keçirilib. 
Konfransın keçirilməsində məqsəd bütün maraqlı tərəflərin iştirakı ilə Azərbaycanda müasir tələblərə uyğun sosial xidmətin, sosial işin təşkili perspektivi ilə əlaqədar müzakirələr aparılması, təkliflərin irəli sürülməsi və fikir mübadiləsinin aparılması olmuşdur. Tədbirdə ƏƏSMN, Ombudsman, BDU, APU, ATMU, Azərbaycan Universiteti, Aİ Azərbaycan Nümayəndəliyi, UNDP Azərbaycan, sahə üzrə ixtisaslaşmış QHT təmsilçiləri iştirak ediblər. 

 

BMT İnkişaf Proqramının Azərbaycan ofisi Avropa İttifaqının dəstəyi ilə “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması” proqramı çərçivəsində  “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsi  çərçivəsində "Konstitusiya" Araşdırmalar Fondu 30 may 2018-ci il tarixdə Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində 

(Ünvan: AZ 1073, Bakı, Mətbuat prospekti 23, 6-cı mərtəbə, dəyirmi zal) saat 15.00-dan-17.00-dək  “Azərbaycanda sosial işin təşkili: mövcud vəziyyət və gözləntilər” mövzusunda konfrans keçirtmişdir. 

Konfransın keçirilməsində məqsəd   bütün maraqlı tərəflərin iştirakı ilə Azərbaycanda müasir tələblərə uyğun sosial xidmətin, sosial işin təşkili perspektivi ilə əlaqədar müzakirələr aparılması, təkliflərin irəli sürülməsi və fikir mübadiləsinin həyata keçirilməsdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtidsadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi

çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun “Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsiçərçivəsində Bakı, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ rayonlarından sosial layihələr həyata keçirən 20 QHT-nin seçilməsi, bu QHT-lərdən ibarət Şəbəkə yaradılması, QHT-lərin sosial layihələrin həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə əlaqədar bilik və bacarıqlarının artırılmasına yardım göstərilməsi nəzərdə tutulmuşdur.

“Azərbaycanda əlilliyi olan insanların və uşaqların müdafiəsi üçün sosial və hüquqi mühitin gücləndirilməsi” layihəsinin icrasına 2017-ci ilin oktyabr ayında başlanılmışdır.

Layihənin benefisiarları Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ (Şəki-Zaqatala region) rayonlarında sağlamlıq imkanları məhdud şəxslər və onların ailələri , Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri, DSMF-in yerli şöbələrində çalışan sosial işçilər, sosial xidmətlər sahəsində təcrübəsi olan, bu istiqamətdə işləməyi nəzərdə tutan yerli QHT-lər, yerli hüquqşünaslar, yerli sosial xidmətlər həyata keçirən müəssisələr (səhiyyə və təhsil müəssisələrində çalışan həkim və müəllimlər), yerli özünüidarəetmə orqanları, milli səviyyədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə və Təhsil Nazirliyi olmuşdur. 

 

 

 






Tarix:30/5/2018     udpo.az saytı Geri