Bütün uşaqlar bir arada


1 iyun uşaqların beynəlxalq günü ilə əlaqədar "Dəcəl balam" uşaq inkişaf mərkəzi 1  müxtəlif təşkilatlardan olan uşaqlar üçün "Bütün uşaqlar bir arada" adlı layihə çərçivəsində bayram şənliyi təşkil etmişdir. Layihənin əsas məqsədi dinindən, cinsindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün uşaqların hüquqlarının qorunmasıdır. Tədbirdə diabet, talasemiyalı, fiziki çatışmazlığı olan uşaqlar, valideynlər, müxtəlif təşkilatların nümayəndələri iştirak etdilər. Mərkəzin direktoru Dilşad xanım tədbirin açılışını etdi və iştirakçılara minnətdarlığını bildirdi. Şən, çox maraqlı və əyləncəli bayram, həm də balaca Tunarın xəstəliyi ilə mübarizəsi üçün xeyriyyəçilik aksiyası oldu. Tunara can sağlığı arzu edirik. Bu bayram günündə arzumuz budur ki, "Balaca balalarımız heç zaman xəstələnməsinlər!" . Azərbaycan Əlil Təşkilatları İttifaqının (ƏTİ) prezidenti Davud Rəhimli və Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxışlarında təşkilatçılara minnətdarlıqlarını bildirmiş, uşaqlara sağlam gələcək arzu etdilər.  

 

Davud Rəhimli






Tarix:1/6/2018     udpo.az saytı Geri