Azərbaycan Diabet Liqasının balalarımıza bayram hədiyyəsi


1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü Azərbaycan Diabet Liqası balaca şlrln balalarımıza unudulmaz bir gün bağışladı. ADL-in rəhbərliyi, üzvlərimiz, xüsusilə balaca şirinlərimiz maraqlı və əylən cəli, nağıl dolu bu gözəl gün üçün Novo Nordisk şirkətinin Azərbaycandakı nümayəndəliyinə maliyyə dəstəyinə görə öz təşəkkürünü bildirir. Bizim balaca balalarımızla və onların valideynləri ilə görüşə ƏTİ-nın prezidenti Davud Rəhimli gəlmişdir. Bizim Azərbaycanımızın, bizim planetimizin gələcəyi olan balalarımıza mesajlarımız budur:
"Qoy həmişə günəş olsun!" 
"Qoy həmişə gülüş olsun!"
"Qoy həmişə sülh olsun!"
Arzumuz budur ki, balalarımız sağlam, gümrah, təhsilli və mehriban böyüsünlər. Heç bir uşaq mehriban ailədən, gözəl güzarandan, əmin amanlıqdan məhrum olmasın.  

 

 

Davud Rəhimli






Tarix:2/6/2018     udpo.az saytı Geri