“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi İsmayıllıda


Press reliz

 

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Layihə işi üzrə qrafikə uyğun olaraq, növbəti tədbirini 08 iyun 2018-ci il tarixində Ismayıllı rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunmuş Mikayıl Yaqub oğlu Vahabzadənin anım mərasimi, İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta məktəbində məktəblilər arasında həyata keçirildi. Tədbirdə məktəbin direktoru  İlqar Yərayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin nümayəndələrindən Aslan Şirəliyev və Pərvin İsmayılov, şəhidin atası Yaqub Vahabzadə və ailə üzvləri, İsmayıllı rayon Qarabağ qaziləri, məktəbin müəllim və şağird kollektivi iştirak etdilər.

Tədbirdən öncə şəhidin ailəsi Qarabağ qaziləri ilə birgə şəhid Mikayıl Vahabzadənin məzarı ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov davam etdirərək, donor təşkilat haqqında və layihə haqqında məlumat verdi. O, həmçinin, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi üçün bu tədbirlərin davamı olacağını qeyd etdi.

Məktəbin direktoru İlqar Yərayev şəhidin qəhrəmanlığından tədbir iştirakçılarına məlumat verərək, şagirdlərə şəhidin həyatı və vətən sevgisi ilə bağlı danışdı. Sonda tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.

Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.

Tədbirin sonunda şəhidin yaxınları da öz çıxışlrında şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlıqlarını bildirdilər.

Bunla da tədbir yekunlaşdı. 

 

Davud Rəhimli

 
 




Tarix:13/6/2018     udpo.az saytı Geri