Əlilliyi olan şəxslər Nabran istirahət zonasına yola salınıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 102 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan şəxslərdən daha 102 nəfəri Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
Yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması, habelə yaz-yay mövsümündə istirahət etmələrinə şərait yaradılması üçün aparılan işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfər əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.
Onlardan artıq 595 nəfəri Lənkəran, Quba, Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddətindən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.
 
 

 






Tarix:4/7/2018     udpo.az saytı Geri