Müharibə əlil və veteranları İsmayıllıda


İsmayıllı rayonununda bir qrup Qarabağ müharibəsi iştirakçılarının və onların ailə üzvlərinin istirahəti təşkil olunub.

 “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibə əlil-veteranları və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlərin keçirilməsi” adlı layihənin icrasını davam etdirir. Layihənin rəhbəri Növrəstə xanım Yusifova məlumat verərək bildirdi ki, təşkilatın əlil və veteran üzvləri, onların ailə üzvləri 15 nəfərdən ibarət, 4 nəfər işci qrupu daxil olaraq qrafik üzrə I tur 30 iyun - 1 iyul 2018-ci il tarixinə, İsmayıllı rayonunda yerləşən “Qız Qalası” Ailəvi İstirahət Mərkəzində təşkil olunan tur sona çatıb. 

Layihə çərçivəsində təşkil olunan və keçirilən tur zamanı icarəyə götürülmüş sifarişli nəqliyyatla iştirakçılar İsmayıllı rayonunda iki gün ərzində, bir gecə oteldə qalmaqla, hər bir gün üçün üç dəfə yemək, çay, su ilə təmin olunmaqla digər məkanlarda, təbiət qoynunda  da istirahətlər ediblər.

Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısını almaq məqsədilə tibb işçisi onları müşayət edib.

N. Yusifova layihənin yüksək səviyyədə keçirilməsi üçün ayrılan maliyyə dəstəyinə görə dövlət rəhbərinə, şuranın rəhbərliyinə və işçi kollektivinə birliyin rəhbərliyi, çoxsaylı müharibə iştirakçıları və ailə üzvləri adından təşəkkürünü bildiririb.

Əlil-veteranların İsmayıllıya istirahət turu təşkil olunub - FOTO

 

Əlil-veteranların İsmayıllıya istirahət turu təşkil olunub - FOTO
 




Tarix:4/7/2018     udpo.az saytı Geri