Müharibə əlil-veteranları “Qız Qalası” ında


PRESS – RELİZ № 03

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının  Prezidenti yanında  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibə əlil-veteranları və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlərin keçirilməsi” adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, Təşkilatın əlil-veteranları və onların ailə üzvləri 15 nəfərdən ibarət, 4 nəfər işci qrupu daxil olaraq qrafik üzrə I tur 30 iyun - 01 iyul 2018-ci il tarixinə, İsmayıllı rayonunda yerləşən “Qız Qalası” Ailəvi İstirahət Mərkəzində təşkil olunan tur sona çatdı.

Layihə çərçivəsində  təşkil olunan və keçirilən tur zamanı icarəyə götürülmüş sifarişli nəqliyyatla iştirakçılar İsmayıllı rayonunda iki gün ərzində, bir gecə oteldə qalmaqla, hər bir gün üçün üç dəfə yemək, çay, su ilə təmin olunmaqla  digər məkanlarda, təbiət qoynunda da istirahətlər ediblər.

 Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısını almaq  məqsədilə tibb işçisi onları müşayət edib.

Layihənin yüksək səviyyədə keçirilməsi üçün ayrılan maliyyə dəstəyinə görə   Dövlət rəhbərimizə, Şuranın rəhbərliyinə və işçi kollektivinə Birliyin  rəhbərliyi, çoxsaylı müharibə iştirakçıları və ailə üzvləri adından təşəkkürümüzü bildiririk.

 
 




Tarix:7/7/2018     udpo.az saytı Geri