Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə tədbiri


Şuranın dəstəyi ilə Ağcabədi rayonunda maarifləndirmə

tədbiri keçirilmişdir

  “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Ağcabədi rayonunda təşkil edilib.

Ağcabədi rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən söz açıb və iştirakçıları fəal olmağa dəvət edib.

Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Hafiz Hüseynov son illər rayonda ailədaxili məişət zorakılığı və erkən nikah halları ilə bağlı həyata keçirilən tədbirlər və bununla mübarizə yolları barədə məlumat verib.

Tədbirdə layihənin eksperti Vəsilə Möhsümova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Ağcabədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

O, çıxış edərək ölkəmizdə  insan hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları və QHT-lər tərəfindən həyata keçirilən tədbirlərdən söz açıb.

Layihənin eksperti məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübəni öyrənərək milli səviyyədə uyğunlaşdırmaqla tətbiq olunması, nikahsız ailələrin qurulmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarının və digər aidiyyatı qurumların nümayəndələrinin müntəzəm olaraq maarifləndirilməsinin vacibliyi diqqətə  çatdırılıb.

Tədbirdə iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və səmərəli fikir mübadiləsi aparılıb.

Mətbuat xidməti

 
 




Tarix:9/7/2018     udpo.az saytı Geri