İctimai Şuranın iclası keçirilmişdir.


25 sentyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın iclası keçirilmişdir.

İclasın gündəliyinə

  1. “”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ saylı Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 saylı Fərmanı, eləcə də Nazirlər Kabinetinin 2018-ci il 26 iyul tarixli 559s saylı sərəncamı ilə müəyyən edilmiş vəzifələrin icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Tədbirlər Planının tətbiqi ilə bağlı hazırlanacaq normativ-hüquqi sənədlərin layihələrinə dair rəy və təkliflərin verilməsi
  2. İctimai Şuranın işçi qruplarının fəaliyyət planı
  3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın “Sosial xidmət, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və reabilitasiyası” məsələləri üzrə işçi qrupunun təşəbbüsü ilə Respublika Əlillərin Bərpa Mərkəzində keçirilmiş monitorinqlə əlaqədar  məsələlər salınmışdır.

     Birinci məsələ ilə əlaqədar Nazirlikdən göndərilmiş materiallara baxılmış və üç bənddən ibarət təklifin təqdim qərara alınmışdır.

    İşçi qrupların fəaliyyət planlarının hazırlanması, Respublika Əlillərin Bərpa Mərkəzində aparılmış monitorinqin nəticələri ilkin müzakirə olunmuş və yekun sənədlərin hazırlanması qərara alınmışdır.

 

Davud Rəhimli

 
 




Tarix:25/9/2018     udpo.az saytı Geri