04 oktaybr 2018-ci il tarixdə "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə keçirilmiş "Daktil Öyrənək-Daktil Əylənək" Layihəsinin təqdimat tədbiri haqqında
MƏLUMAT
TƏDBİRİN MAHİYYƏTİ:
Tədbir Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əlil Ziyalılar və Azərbaycan Gözdən Əlillər Cəmiyəti İctimai Birlikləri tərəfindən icra edilmiş “Daktil öyrənək - daktil əylənək” layihəsinin təqdimatına həsr olunmuşdur.
TƏDBİRİN TƏŞKİLATÇILARI:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"
2. Əlil Ziyalılar İctiami Birliyi
3. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi
TƏDBİRİN KEÇİRİLDİYİ YER VƏ VAXT:
Tədbir 04 oktyabr 2018-ci il tarixdə "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə təşkil olunacaq.
TƏDBİR HAQQINDA
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq görmə imkanları məhdud uşaqlar üçün daktil (yəni əllə hiss olunan) kitabların, dərs vəsaitlərinin və intellektual oyuncaqların hazırlanmasına başlanmışdır. Əlillərin məşğulluq problemlərinin həllinə dəstək məqsədi ilə vəsaitlərin hazırlanması prosesi görmə imkanları məhdud şəxslərə öyrədilmişdir. Daktil kitablardan, vəsaitlərdən və oyuncaqlardan istifadə kor və zəifgörən uşaqlarda erkən müdaxilə yolu ilə kiçik əl motorikasının inkişafının surətləndirilməsinə və ətraf aləmin görüntülü (təxəyyüldə formalaşmış) şəkildə dərk edilməsinə xidmət edəcəkdir.
Layihə çərçivəsində icra edilmiş fəaliyyətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın”, Azərbycan Respublikasının Konstitusiyasının və ölkənin prezidenti Cənab İlham Əliyevin “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə DÖVLƏT PROQRAMI”nın başlıca tələbi olan imkan və hüquq bərabərliyinin təmin edilməsinə yönəldilmişdir.
Sevindirici haldır ki, "Daktil öyrənək-Daktil Əylənək" layihəsinin təqdimat tədbiri yenicə istifadəyə verilmiş "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə keçirilmişdir. Mərkəz MDB dövlətləri arasında analoqu olmayan bir mərkəzdir. Bərpa Mərkəzində görmə imkanları məhdud şəxslərin tibbi, peşə, sosial, əmək, idman reabilitasiya və abilitasiyalarının təşkili üçün beynəlxalq standartlara cavab verən şərait yaradılmışdır. Mərkəzdə görmə imkanları məhdud şəxslər 3 ay müddətində reabilitasiya kursuna cəlb edilərək brayl əlifbasına, kompüter biliklərinə, incəsənətin müxtəlif növlərinə, üzgüçülük, yüngül atletika və idmanın digər sahələrinə yiyələnərək, gələcək həyatlarında əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə öz məşğulluq problelərini həll etmək üçün və Cəmiyyətə inteqrasiya olunmaları üçün dəstək olacaqdır.
"Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"nin xidmətləri ilə maraqlanan şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.