Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.


Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov dəfn edilib.

 Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov Fatmayı qəbiristanlığında torpağa tapşırılıb.

 Dəfndə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, nazirliyin mətbuat katibi Fazil Talıblı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinin zabitləri, qeyri-hökumət təşkilatların, siyasi partiyaların rəhbərləri, jurnalistlər iştirak etdilər.

Baş Qazi son mənzilə belə yola salındı. Qaziler.az videonu təqdim edir:



***
Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

Bu barədə Qazilər.az-a onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-84-cü illərdə həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Ali təhsilli idi/ 


 

    

  Davud Rəhimli 






Tarix:16/10/2018     udpo.az saytı Geri