ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL


ƏLIL TƏŞKILATLARI İTTIFAQI (ƏTİ) – 15 IL

Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) 18 oktyabr 2003-cü ildə 8 əlilliyi olan şəxlərin təşkilatlarının təsisçiliyi ilə yaradılmış, 16.04.2005-ci ildə Dövlət qeydiyyatına alınmışdır. Hazırda ƏTİ-də 41 təşkilat üzvdür. Üzv təşkilatlardan biri beynəlxalq, 4 regional, qalanları Respublika statusludur. 5 təşkilat beynəlxalq təşkilatların üzvüdür: Beynəlxalq Əlil təşkilatları birliyi, Beynəlxalq gözdən əlillər birliyi, Dünya Hemofiliya Federasiyası, Avropa Hemofiliya Konsorsiumu, Beynəlxalq Diabet Liqası, Dünya Karlar Birliyi.

Baxışımız 
Hamı üçün bərabər hüquqlar və bərabər imkanların bərqərar olduğu inkluzif cəmiyyət.

Təşkilatın missiyası 
Azərbaycanda əlilliyi olan şəxslərin birləşdikləri və bu sahədə fəaliyyət göstərən təşkilatların fəaliyyətinə dəstək olmaqla cəmiyyətdə bərabər hüquq və imkanların təmin olunmasını stimullaşdırmaq.

Məqsəd 
Əlilliyi olan şəxslərin təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, hüquq və mənafelərinin müdafiə olunmasıdır. Bərabər hüquqlar və bərabər imkanların təmin olunmasına yardımşı olmaqdır.

Üzv olduğu yerli təşkilatlar:
- Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkiliyində (Ombudsman) Ekspertlər qrupunun üzvü
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü
- BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası üzrə hesabatın hazırlanması işçi qrupunun üzvü
- İnsan Huguglarinin monitorinqi ve BMT-nin müqavilə qurumlarına hesabatların hazırlanması üzrə Ekspert Qrupunun üzvü
- Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü
- Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın üzvü

Üzv olduğu beynəlxalq təşkilatlar:
- Dünya Əlillər Birliyi
- Beynəlxalq Əlil Təşkilatları Birliyi
- Avropa Əlillər Forumu
- Avropa Şərq Tərəfdaşlığı Forumu

18 layihə həyata keçirilmişdir.

 

 






Tarix:18/10/2018     udpo.az saytı Geri