BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası və Əlavə protokolu


I Əlavə

Əlillərin hüquqları haqqında Konvensiya.

Preambula.

Bu konvensiyanın iştirakçısı olan  dövlətlər,

a) cəmiyyətin bütün üzvlərinə xas olan ləyaqət və dəyərlərin və onların bərabər və ayrılmaz hüquqlarının azadlığın, ədalətin və ümumbəşəri sülhün əsası kimi qəbul olunduğu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində  bəyan olunmuş prinsipləri xatırlayaraq,

b) Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümümi Bəyannamədə və İnsan hüquqları haqqında Beynəlxalq paktlarda hər bir insanın onlarda göstərilən bütün hüquq və azadlıqlara hər hansı fərq qoyulmadan malik olduğunu bəyan və təsbit etdiyini nəzərə alaraq,

c) insanın bütün hüquqlarının və əsas azadlıqlarının ümumiliyini, ayrılmazlığını, qarşılıqlı asılılığını və qarşılıqlı əlaqəsini, habelə ayrı-seçkiliyə yol verilmədən əlillərə onlardan tam istifadəyə tam zəmanət verməyi təsdiq edərək,

d) İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya, Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyaya, İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya, Uşaqların hüquqlarına dair Konvensiya, Bütün əməkçi-miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynalxalq Konvensiyaya istinad edərək,

e) əlilliyin – təkamül edən anlayış olduğunu və əlliliyin insanların səhhətinin pozulması ilə onların münasibət və mühit baryerləri arasında baş verən və bu insanların cəmiyyətin həyatında digərləri ilə bərabər səviyyədə tam və səmərəli iştirakına  mane olan qarşılıqlı təsirin nəticəsi olduğunu nəzərə alaraq,

f) Əlillərə münasibətdə Ümümdünya fəaliyyət proqramında və Əlillər üçün bərabər imkanların təmin  olunmasının Standart qaydalarında əks olunan prinsip və rəhbər istiqamətlərin əlillərdən ötrü bərabər imkanların təmin edilməsi üçün milli, regional və beynəlxalq səviyyələrdə strategiyaların, planların, proqramların və tədbirlərin həvəsləndirilməsinin, formalaşdırılmasının və qiymətləndirilməsinin vacibliyini nəzərə alaraq,

g) müvafiq sabit inkişaf strategiyalarının tərkib hissəsi kimi əlillik problemlərinin aktuallaşmasının vacibliyini qeyd edərək,

h) həmçinin əlillik əlamətinə görə istənilən şəxsə qarşı münasibətdə ayrı-seçkiliyin insan şəxsiyyətinə xas ləyaqət və dəyərlərin alçaldılması  demək olmasını nəzərə alaraq,

i) əlillərin müxtəlifliyini nəzərə alaraq,

j) bütün əlillərin, o cümlədən daha fəal şəkildə dəstəklənməyə ehtiyacı olan əlillərin insan hüquqlarının həvəsləndirilməsi və müdafiə olunması zərurətini nəzərə alaraq,

k) bütün bu müxtəlif sənədlərə və başlanğıclara baxmayaraq, əlillərin dünyanın bütün yerlərində bərabər hüquqlu üzv kimi cəmiyyətin həyatında iştirak zamanı maneələrlə və onların insan hüquqlarının pozulması ilə qarşılaşmaqda davam etməsindən narahat olaraq,

l) hər bir ölkədə, xüsusilə də inkişaf etməkdə olan ölkələrdə əlillərin həyat tərzinin yaxşılaşdırılması üçün beynəlxalq əməkdaşlığın vacibliyini qəbul edərək,

m) əlillərin öz yerli icmalarının ümumi rifahına və çox formalılığına verdiyi hazırkı və  potensial dəyərli töhfələri və əlillərin öz insan hüquqları və əsas azadlıqlarını tam həyata keçirməsinə, habelə əlillərin tam həcmdə iştirakına kömək göstərilməsinin, onlarda cəmiyyətə aidlik hissinin möhkəmlənməsinə və cəmiyyətin bəşəri, sosial və iqtisadi inkişafında mühüm uğurlara nail olmaqda və yoxsulluğun aradan qaldırılmasına imkan verməsi halını nəzərə alaraq,

n) əlillər üçün şəxsi seçim etmək azadlığı da daxil olmaqla, onların şəxsi sərbəstliyi və müstəqilliyinin vacib olduğunu nəzərə alaraq,

o) əlillərin strategiya və proqramlara, o cümlədən bilavasitə onlara aid olanlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması imkanına malik olmalarını hesab edərək,

p) irqi, dərisinin rəngi, cinsi, dili, dini mənsubiyyəti, siyasi və digər etiqadları, milli, etnik, aborigen və ya sosial mənşəyi, əmlak vəziyyəti, təvəllüdü, yaş və ya digər əlamətlərə görə çoxsaylı və ya kəskin ayrı-seçkilik formalarına məruz qalan əlillərin qarşılaşdığı çətin şəraitlərdən narahat olaraq,

q) bir çox hallarda əlil qadın və qızların həm evdə, həm də ondan kənarda böyük təcavüz, xəsarət yetirilmə və ya təhqir, kobud və ya ikrahlı münasibət, pis rəftar və ya istismar olunma risqinə məruz qalmalarını nəzərə alaraq,

r) əlil uşaqların bütün insan hüquqlarından və əsas azadlıqlarından digər uşaqlar ilə bərabər həcmdə istifadə etməli olduqlarını qəbul edərək və bununla əlaqədar uşaq hüquqları ilə bağlı üzərlərinə götürdüyü öhdəlikləri Konvensiya iştirakçısı olan dövlətlərə xatırladaraq,

s) əlillər tərəfindən insan  hüquqları və əsas azadlıqlarının tam şəkildə həyata keçirilməsinə kömək edilməsi üzrə bütün səylərdə gender aspektinin nəzərə alınması zərurətini qeyd edərək,

t) əlillərin əksəriyyətinin yoxsulluq şəraitində yaşaması faktını qeyd edərək və bununla əlaqədar yoxsulluğun əlillərə mənfi təsiri problemi ilə ciddi məşğul olmaq zərurətini qəbul edərək,

u) Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində şərh olunan məqsəd və prinsiplərə tam hörmət edilməsinə və insan hüquqları sahəsində tətbiq olunan müqavilələrə riayət edilməsinə əsaslanan sülh və təhlükəsizlik şəraitinin əlillərin tam müdafiə olunması üçün, o cümlədən silahlı münaqişələr və xarici dövlətlərin işğalı zamanı əlillərin müdafiəsi üçün mütləq şərt olmasını nəzərə alaraq,

v) əlillərə bütün insan hüquqlarından və əsas azadlıqlarından tam həcmdə istifadə etmələrinə  imkan verdiyindən onların fiziki, sosial, iqtisadi və mədəni mühitdən, səhiyyə və təhsildən, habelə informasiya və rabitədən istifadə imkanlarının vacibliyini qəbul edərək,

w) hər bir ayrıca insanın digər insanlara və aid olduğu kollektivlərə münasibətdə müvafiq vəzifələrə malik olaraq, İnsan hüquqları haqqında Beynalxalq qanunlarda qəbul olunan hüquqların həvəsləndirilməsinə və riayət olunmasına nail olmağa çalışmasını nəzərə alaraq,

x) ailənin cəmiyyətin təbii və əsas özəyi olduğunu və onun cəmiyyət və dövlət tərəfindən müdafiə edilməyə hüququ olduğunu və əlillər və onların ailə üzvləri onların əlillərin hüquqlarından tam və bərabər istifadəsi işinə töhfə verməsinə imkan verən zəruri müdafiə və kömək almalı olmasına əmin olaraq,

y) əlillərin hüquqlarının və ləyaqətinin həvəsləndirilməsi və müdafiəsi haqqında hərtərəfli və vahid beynəlxalq konvensiyanın əlillərin çox əlverişsiz sosial vəziyyətinin aradan qaldırılmasına və onların həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bərabər səviyyədə  mülki, siyasi, iqtisadi, sosial və mədəni həyatda iştirakının genişləndirilməsinə mühüm töhfə olmasına əmin olaraq, aşağıdakılar barədə razılığa  gəldilər:

Bu Konvensiyanın əsas məqsədi bütün əlillər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini həvəsləndirməkdən,  müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir. Əlillərə - müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar  aiddir.

 

Maddə 2.

Anlayış

Bu konvensiyanın məqsədləri üçün:

«ünsiyyət»ə dillərdən, mətndən, Brayl əlifbasından, toxunulmaqla duyulan ünsiyyətdən, böyük şriftdən, mümkün mültimedia vasitələrindən, habelə çap materiallarından, audio vasitələrdən, adi dildən, qiraətçilərdən, habelə mümkün informasiya – kommunikasiya texnologiyaları da daxil olmaqla, ünsiyyətin gücləndirici və alternativ metodlarından, üsul və formatlarından istifadə daxildir; «dil» nitq və jest dilindən və qeyri – nitq dillərinin digər formalarından ibarətdir; «əlillik əlamətinə görə ayrı-seçkilik» - məqsədi və ya səbəbi siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya digər sahədə bütün insan hüquqlarının və əsas azadlıqlarının digərləri ilə bərabər səviyyədə tanınmasının, realizə olunmasının və ya həyata keçirilməsinin məhdudlaşdırılmasından və ya inkar olunmasından ibarət əlilliklə bağlı istənilən fərq qoyma, istisna və məhdudiyyətlər tətbiq etmədir. Ona bütün ayrı-seçkilik formaları, o cümlədən ağlabatan uyğunlaşmadan imtina aiddir.

«şüurlu uyğunlaşma» - əlillər tərəfindən digərləri ilə bərabər səviyyədə bütün insan hüquqlarının və əsas azadlıqlarının realizəsi və həyata keçirilməsini təmin etmək məqsədilə zəruri olduğu hər bir konkret halda qeyri-mütənasib və əsassız yük olmayan zəruri və uyğun modifikasiya və düzəlişlər edilməsi deməkdir;   

«universal dizayn» -  adaptasiya və ya xüsusi dizayn zərurəti olmadan bütün insanlar üçün istifadəyə maksimum mümkün dərəcədə yararlı etmək üçün yaradılmış predmetlərin, şəraitin, proqram və xidmətlərin dizaynı deməkdir. «Universal dizayn» zəruri hallarda əlillərin konkret qrupları üçün köməkçi qurğuları istisna etmir.

 

Maddə 3.

Ümumi prinsiplər

Bu konvensiyanın prispləri aşağıdakılardır:

a) şəxsi seçim etmək azadlığı və müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə, onun şəxsi sərbəstliyinə hörmət olunması;

b) ayrı-seçkiliyə yol verilməməsi;

c) cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma;

d) əlillərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması;

e) imkanların bərabərliyi;

f) əldə etmə imkanlarının mövcudluğu;

g) kişi və qadınların bərabərliyi;

h) əlil uşaqların inkişaf edən qabiliyyətinə hörmət və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət.

 

4 maddə.

Ümumi öhdəliklər

1. İştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Bu məqsədlə iştirakçı-dövlətlər aşağıdakıları öz öhdələrinə götürürlər:

a) bu Konvensiyada tanınan hüquqların həyata keçirilməsi üçün bütün lazımi qanunverici, inzibati və digər tədbirlərin görülməsi;

b) əlillərə münasibətdə ayrı-seçkilik yaradan mövcud qanunların, qərarların, adət  və əsasların dəyişdirilməsi və ya ləğv olunması üçün bütün lazımi tədbirlərin, o cümlədən qanunvericilik tədbirlərinin görülməsi;

c) bütün strategiyalarda və proqramlarda əlillərin insan hüquqlarının müdafiəsi və həvəsləndirilməsini nəzərə almaq;

d) bu Konvensiyaya uyğun gəlməyən istənilən hərəkət və metodlardan çəkinmək və dövlət orqanlarının və təsisatların bu Konvensiyaya uyğun fəaliyyət göstərməsini təmin etmək;

e) istənilən şəxs, təşkilat və ya xüsusi mülkiyyət hüququna əsaslanan müəssisə tərəfindən əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməsinin aradan qaldırılması üçün bütün lazımi tədbirləri görmək;

f) əlilin ehtiyacını təmin etmək məqsədilə standartların və rəhbər oriyentirlərin işlənib hazırlanması zamanı minimal məsrəflər tələb edən malların, xidmətlərin, avadanlığın və universal dizaynlı obyektlərin tədqiqat və konstruktor layihələrinin həyata keçirilməsi və ya mükafatlandırılması;

g) əlillərin konkret ehtiyaclarına uyğunlaşdırılmaq üçün mümkün qədər az adaptasiya və minimum xərclər tələb edən, onların mövcudluğuna və istifadəsinə kömək edən universal dizaynlı malların, xidmətlərin və obyektlərin (bu Konvensiyanın 2-ci maddəsində müəyyən olunan) tədqiqatının və konstruktor nöqteyi-nəzərindən işlənib-hazırlanmasını həyata keçirmək və həvəsləndirmək, habelə standartların və əsas istiqamətlərin işlənib-hazırlanması zamanı universal dizayn ideyasını irəli sürmək;

g) təqdiqat və konstruktor işlərinin aparmaq və ya həvəsləndirmək, habelə ilk növbədə bahalı olmayan texnologiyalara diqqət yetirməklə, əlillər üçün uyğun olan informasiya-kommunikasiya texnologiyaları, sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi texnologiyalar da daxil olmaqla, yeni texnologiyaların mövcudluğuna və istifadəsinə kömək göstərmək;

h) sürətli hərəkəti asanlaşdıran vasitələr, qurğular və köməkçi texnologiyalar, o cümlədən yeni texnologiyalar, habelə yardımın digər formaları, köməkçi xidmətlər və obyektlər haqqında mümkün informasiyaları əlillərə vermək;

i) bu Konvensiyada tanınan hüquqlarla təminat verilən yardım və xidmətlərin təqdim edilməsini təkmilləşdirmək üçün əlillərlə işləyən mütəxəssislərə və heyətə bu hüquqlarla bağlı təlim keçilməsini həvəsləndirmək.

2. İqtisadi, sosial və mədəni hüquqlara gəldikdə isə hər bir iştirakçı dövlət malik olduğu resurslardan maksimum istifadə etməklə, zərurət olduqda isə beynəlxalq əməkdaşlığa can atmaqla bu Konvensiyada formulə olunmuş və beynəlxalq hüquqa uyğun olaraq bilavasitə tətbiq olunan öhdəliklərdə ziyan vurmadan bu hüquqların tam realizə olunmasına tədricən nail olmaq üçün tədbirlər görməlidirlər.   

3. Bu Konvensiyanın həyata keçirilməsinə yönələn qanunvericiliyin və strategiyanın işlənib hazırlanması və tətbiqi və əlillərə dair məsələlər üzrə qərarlar qəbul olunmasının digər prosesləri zamanı, iştirakçı dövlətlər əlil uşaqlar da daxil olmaqla əlillərlə sıx məsləhətləşir və onları təmsil edən təşkilatlar vasitəsilə onları fəal şəkildə cəlb edirlər.   

4. Bu Konvensiyada heç bir məsələ iştirakçı dövlətlərin qanunlarında və ya bu dövlətdə qüvvədə olan beynəlxalq hüquq normalarında əks olunan və əlillərin hüquqlarının realizəsinə mühüm dərəcədə kömək edən hər hansı müddəalara toxunmur. Bu Konvensiyada bu cür hüquq və azadlıqların tanınmaması və ya onların daha az həcmdə tanınması bəhanəsi ilə bu Konvensiyanın iştirakçısı olan hər hansı dövlətdə qanunlara, konvensiyalara, qaydalara və ya adətlərə əsasən tanınan və ya mövcud olan hər hansı insan hüquqlarının və əsas azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasına və ya azaldılmasına yol verilmir.

5. Bu Konvensiyanın müddəaları hər hansı məhdudiyyət və ya istisnalar olmadan federativ dövlətlərin bütün ərazisinə şamil olunur.

 

Maddə 5.

Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi

1. İştirakçı dövlətlər bütün şəxslərin qanun qarşısında və qanuna əsasən bərabər olduğunu və hər hansı ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarına malik olduqlarını tanıyırlar.

2. İştirakçı dövlətlər əlillik əlaməti üzrə istənilən ayrı-seçkiliyi qadağan edir və əlillərin istənilən zəmində ayrı-seçkilikdən bərabər və səmərəli hüquqi müdafiəsinə təminat verirlər.

3. Bərabərliyin həvəsləndirilməsi və ayrı-seçkiliyin aradan qaldırılması üçün iştirakçı - dövlətlər ağlabatan uyğunlaşmanın təmin olunmasına doğru bütün lazımi addımları atırlar.  

4. Əlillərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər bu Konvensiyanın mənasına görə ayrı-seçkilik hesab olunmur.

 

Maddə 6.

Əlil qadınlar

1. İştirakçı dövlətlər əlil qadın və qızların çoxsaylı ayrı-seçkiliklərə məruz qaldığını qəbul edir və bununla əlaqədar olaraq onların bütün insan hüquqlarını və əsas azadlıqlarını tam və bərabər həyata keçirməsini təmin etmək üçün tədbirlər görürlər.

2. İştirakçı dövlətlər qadınların bu Konvensiyada əksini tapan insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirilməsinə və realizə etməsinə zəmanət vermək üçün onların hərtərəfli inkişafının təmin olunması, vəziyyətlərinin yaxşılaşdırılması və hüquq və imkanlarının genişləndirilməsi üçün bütün lazımi tədbirləri görürlər.

 

Maddə 7.

Əlil uşaqlar

1. İştirakçı dövlətlər əlil uşaqların digər uşaqlar ilə bərabər səviyyədə bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirilməsini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

2. Əlil uşaqlara münasibətdə bütün hərəkətlər zamanı ilk növbədə diqqət uşaqların ali maraqlarına ayrılır.

3. İştirakçı dövlətlər əlil uşaqların digər uşaqlar ilə bərabər səviyyədə onların yaşına və yetkinlik səviyyəsinə uyğun olan onları maraqlanıdıran məsələlər ilə bağlı fikirlərini sərbəst ifadə etmələrini və bu hüquqların realizəsi üçün əlilliyinəvə yaşına uyğun yardım almalarına təminat verirlər.

 

Maddə 8.

Maarifləndirici-tərbiyəvi iş

1. İştirakçı dövlətlər aşağıdakılara nail olmaq üçün təxirəsalınmaz, səmərəli və lazımi tədbirlər görməyi öhdələrinə götürürlər:

a) əlillik məsələlərində ailə səviyyəsi də daxil olmaqla bütün cəmiyyətin maariflənməsini yüksəltmək və əlillərin hüquqlarına və ləyaqətinə hörmət olunmasını möhkəmləndirmək;

b) həyatın bütün sahələrində cinsi mənsubiyyət və yaş zəminində baş verənlər də daxil olmaqla, əlillərə münasibətdə sterotiplərlə, mövhumatlarla və zərərli adətlərlə mübarizə aparmaq;

c) əlillərin potensialının və töhfəsinin təbliğ etmək.

2. Bu məqsədlə görülən tədbirlərə aşağıdakılar daxildir:

a) aşağıdakılara yönəlmiş səmərəli ictimai-maarifləndirmə tədbirlərinin genişləndirilməsi və aparılması:

i) əlillərin hüquqlarına hörmət olunmasının tərbiyə olunması;

ii) əlillər haqqında müsbət təsəvvürlərin həvəsləndirilməsi və onların cəmiyyət tərəfindən daha dərindən başa düşülməsi;

iii) əlillərin vərdişlərinin, ləyaqət və qabiliyyətlərinin, habelə onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərmək;

b) təhsil sisteminin bütün səviyyələrində, o cümlədən erkən yaşlardan başlayaraq bütün uşaqlarda əlillərin hüquqlarına hörmət edilməsinin tərbiyə olunması;

c) bütün kütləvi informasiya orqanlarında əlillərin bu Konvensiyanın məqsədlərinə uyğun olan təsəvvürlərinin yaradılması;

d) əlillərə və ya onların hüquqlarına həsr edilən təbiyəvi – tanışlıq proqramlarının inkişaf etdirilməsi.

 

Maddə 9.

İstifadə imkanları

1. Əlillərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün iştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə informasiya-kommunikasiya texnologiyaları və sistemləri də daxil olmaqla, habelə həm şəhər, həm də kənd rayonlarında yaşayan əhali üçün açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən, fiziki mühit, nəqliyyat, informasiya və rabitədən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görürlər. Bu imkanlardan istifadəyə mane olan maneə və baryerlərin aşkara çıxarılması və aradan qaldırılmasını əhatə edən bu tədbirlər aşağıdakılara şamil edilməlidir:   

a) məktəblər, yaşayış evləri, tibb müəssisələri və iş yerləri də daxil olmaqla, binalara, yollara, nəqliyyat və digər daxili və xarici obyektlərə;

b) elektron və təcili xidmətlər də daxil olmaqla, informasiya, kommunikasiya və digər xidmətlərə;

2. İştirakçı dövlətlər həmçini aşağıdakı məqsədlərlə lazımi tədbirlər görürlər:

a) əhali üçün açıq olan və ya təqdim olunan obyekt və xidmətlərdən istifadə imkanını nəzərdə tutan minimum standartları və rəhbər istiqamətləri işlənib-hazırlanmaq, onları işə salmaq və onlara riayət olunmasına nəzarət etmək;

b) əhali üçün açıq olan və ya təqdim olunan obyekt və xidmətləri təklif edən xüsusi mülkiyyət hüququna əsaslanan müəssisələrin əllillərin də onlardan istifadə etməsinin bütün cəhətlərini nəzərə almalarını təmin etmək;

c) bütün cəlb olunan tərəflər üçün əlillərin qarşılaşdıqları əldə etmə imkanları problemləri üzrə təlimatlandırmanın  təşkili;

d) əhali üçün açıq olan binaları və digər obyektləri Brayl əlifbası ilə icra olunmuş işarələrlə və asan oxunan və anlaşıqlı formada təchiz etmək;

e) əhali üçün açıq olan binaları və digər obyektləri onlardan istifadə edilməsi imkanını asanlaşdırmaq üçün xidmətçilərin və vasitəçilərin, o cümlədən bələdçilərin, qiraətçilərin və peşəkar görmə-eşitmə qabiliyyəti zəif olan şəxslər üçün tərcüməçilərin müxtəlif növ  xidmətləri ilə təmin etmək;

f) əlillərin informasiyadan istifadə imkanını təmin etmək üçün onlara kömək və dəstək göstərilməsinin digər lazımi formalarını inkişaf etdirmək;

g) əlillərin İnternet də daxil olmaqla, yeni informasiya – kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi;

h) qabaqcadan da əldə edilməsi mümkün olan informasiya – kommunikasiya texnologiyalarının və sistemlərinin, onlardan istifadə imkanlarının minimum xərclə başa gəlməsinin layihələndirilməsini, işlənib-hazırlanmasını, istehsalını və yayılmasını həvəsləndirmək.

 

Maddə 10.

Yaşamaq hüququ

İştirakçı dövlətlər bir daha hər bir insanın ayrılmaz yaşamaq hüququnu təsdiq edir və əlillərin onu digərləri ilə bərabər səviyyədə səmərəli həyata keçirməsini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

 

Maddə 11.

Risk vəziyyətləri və fövqəladə humanitar vəziyyətlər

İştirakçı dövlətlər beynalxalq humanitar hüquq və insan hüquqlarına dair beynalxalq hüquq da daxil olmaqla, beynəlxalq hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq silahlı münaqişələr, fövqaladə humanitar vəziyyətlər və təbii fəlakətlər də daxil olmaqla risk vəziyyətlərində əlillərin müdafiəsinin və təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görürlər.

 

Maddə 12.

Qanun qarşısında bərabərlik

1. İştirakçı dövlətlər hər bir əlilin olduğu yerdən asılı olmayaraq bərabər hüquqi müdafiə hüququ olduğunu təsdiq edirlər.

2. İştirakçı dövlətlər əlillərin həyatın bütün sahələrində digərləri ilə bərabər səviyyədə hüquq qabiliyyətinə malik olduğunu tanıyırlar.

3. İştirakçı dövlətlər öz hüquqi qabiliyyətinin həyata keçirilməsi zamanı əlillərə tələb olunan dəstəkdən onların istifadə etmələri üçün zəruri tədbirlər görürlər.

4. İştirakçı dövlətlər hüquqi qabiliyyətin həyata keçirilməsi ilə bağlı bütün tədbirlərin insan hüquqlarına dair beynəlxalq hüquqa uyğun olaraq sui – istifadə hallarının qarşısını almaq üçün lazımi və səmərəli təminatları nəzərdə tutmasını təmin edirlər. Bu cür təminatlar hüquq qabiliyyətinin həyata keçirilməsi ilə bağlı tədbirlərin şəxsin hüquqlarına, iradəsinə və seçimlərinə hörmət edilməsinə yönəlməsini, maraqların münaqişəsindən və yersiz təsirdən azad olmasını, bu şəxsin şəraitinə mütənasib olmasını və onlara uyğun qurulmasını, mümkün qədər qısa müddət ərzində tətbiq edilməsini və müntəzəm olaraq səlahiyyətli, müstəqil və qərəzsiz orqan və ya məhkəmə instansiyası tərəfindən yoxlanmasını təmin etməlidir. Bu təminatlar bu cür tədbirlərin həmin şəxsin hüquq və maraqlarına toxunduğu dərəcədə uyğun olmalıdır.

5. İştirakçı dövlətlər bu maddənin müddəalarını nəzərə alaraq, əlillərin əmlaka sahibliyinə və onun vəsiyyət edilməsinə, şəxsi maliyyə işlərinin idarə olunmasına bərabər hüquqlarının təmin olunması üçün, habelə bank ssudalarını, ipoteka kreditlərini və maliyyə kreditləşdirilməsinin digər formalarını bərabər şəraitdə əldə etməsi üçün bütün zəruri və səmərəli tədbirləri görürlər və əlillərin öz əmlakından özbaşınalıqla məhrum edilməməsini təmin edirlər.   

 

 

 

Maddə 13.

Ədalət məhkəməsinin təmin olunması

1. İştirakçı dövlətlər ədalət məhkəməsini əlillərə digərləri ilə bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində düzünə və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun düzəlişlər nəzərdə tuturlar.

2. Əlillərin ədalət məhkəməsindən istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət məhkəməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər.

 

Maddə 14.

Azadlıq və şəxsi toxunulmazlıq

1. İştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə:

a) azadlıq və şəxsi toxunulmazlıq hüququndan istifadə etməsini;

b) azadlıqdan qanunsuz və ya özbaşına məhrum edilməməsini və istənilən azadlıqdan məhrumetmənin qanuna uyğun olmasını, əlillyin isə azadlıqdan məhrum edilmək üçün əsas olmamasını təmin edirlər.

2. İştirakçı dövlətlər əlillərin hər hansı bir prosedur əsasında azadlıqdan məhrum edildiyi halda, onların digər şəxslər ilə bərabər səviyyədə insan hüquqlarına dair beynalxalq hüquqla razılaşdırılan təminatlardan istifadə etməsini və onlarla edilən rəftarın şüurlu uyğunlaşmanın təmin edilməsi də daxil olmaqla, bu Konvensiyanın məqsəd və prisiplərinə uyğun olmasını təmin edirlər. 

 

Maddə 15.

İşkəncələrdən və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza növlərindən azad olma

1. Heç kəs işkəncələrə və qəddar,  qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmamalıdır. O cümlədən, heç bir şəxsin üzərində onun sərbəst razılığı olmadan tibbi və ya elmi təcrübələr keçirilməməlidir.

2. İştirakçı dövlətlər əlillərin digərləri ilə bərabər səviyyədə işkəncələrə və qəddar,  qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qalmaması üçün bütün səmərəli qanunvericik, inzibati, məhkəmə və ya digər tədbirləri görürlər.

 

Maddə 16.

İstismardan, təcavüzdən və təhqirdən azad olma

1. İştirakçı dövlətlər əlillərin həm evdə, həm də ondan kənarda istismarın, təcavüzün və təhqirlərin bütün formalarından, o cümlədən gender səbəbli aspektlərdən müdafiəsi üçün bütün zəruri qanunverici, inzibati, sosial, maarifləndirici və digər tədbirləri görürlər.  

2. İştirakçı dövlətlər həmçinin əlillərə, onların ailələrinə və əlillərə baxan şəxslərə yaş-cins spesifikliyini nəzərə almaqla kömək və dəstək göstəriləməsinin uyğun formalarını təmin edərək, o cümlədən istismarın, təcavüzün və təhqirlərin formalarından yayınmaq, onları müəyyən etmək və onlar barədə məlumat vermək məsələləri barədə maarifləndirmə yolu ilə istismarın, təcavüzün və təhqirlərin bütün formalarının qarşısının alınması üçün bütün zəruri tədbirləri görürlər. İştirakçı dövlətlər müdafiə olunma üzrə xidmətlərin yaş-cins spesifikliyini və əlillik faktoru nəzərə alınmaqla təqdim edilməsini təmin edirlər.

3. İstismar, təcavüz və təhqirlərin bütün ifadə formalarının qarşısını almağa can ataraq, iştirakçı dövlətlər əlillərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş bütün təsisatların və proqramların müstəqil orqanlar tərəfindən səmərəli müşayət olunmasını təmin edirlər.

4. İştirakçı dövlətlər istismarın, təcavüzün və təhqirlərin istənilən formasının qurbanı olmuş əlillərin fiziki, koqnitiv və psixoloji bərpası, reabilitasiyası və sosial reinteqrasiyasına kömək göstərmək üçün bütün zəruri tədbirləri görür, o cümlədən müdafiənin təqdimm olunması üzrə xidmətlər göstərirlər. Bu cür bərpa və reinteqrasiya müvafiq şəxsin sağlamlığının, rifahının, özünə hörmətinin, ləyaqətinin və müstəqilliyinin möhkəmləndirilməsinə kömək edən şəraitdə baş verir və yaş-cins spesifikliyi ilə şərtlənən  ehtiyaclar nəzərə alınmaqla həyata keçirilir.

5. İştirakçı dövlətlər əlillərə münasibətdə istismar, təcəvüz və təhqir hallarının aşkar olunması, təhqiqatı və lazımi hallarda təqibinin təmin edilməsi üçün səmərəli qanunvericilik və strategiyaları, o cümlədən qadın və uşaqlarla bağlı qanunvericilik və strategiyaları qəbul edirlər.

 

Maddə 17.

Şəxsi bütövlüyün qorunması

Hər bir əlil digərləri ilə bərabər səviyyədə onun fiziki və psixi bütövlüyünə hörmət olunması hüququna malikdir.

 

Maddə 18.

Yerdəyişmə azadlığı və vətəndaşlıq

1. İştirakçı dövlətlər digərləri ilə bərabər səviyyədə əlillərin yerdəyişmə, yaşayış yerini və vətəndaşlığı seçmək azadlıqları hüququnu tanıyır, habelə əlillərin aşağıdakı hüquqlarının təmin edilməsi üçün tədbirlər görürlər:

a) vətəndaşlıq əldə etmək və ya dəyişdirmək hüquqlarına və özbaşına və ya əlillik üzündən vətəndaşlıqdan məhrum edilməmək hüquqlarına malik olsunlar;

b) əlillik səbəbindən onların vətəndaşlığını və ya onların şəxsiyyətini təsdiq edən digər sənədləri almaq, bu cür sənədlərə malik olmaq, onlardan və ya yerdəyişmə azadlığı hüququnun həyata keçirilməsinin asanlaşdırılması üçün zəruri ola bilən müvafiq prosedurlardan, məsələn immiqrasiyadan istifadə etmək imkanından məhrum olmasınlar;

c) istənilən ölkəni, o cümlədən öz ölkəsini sərbəst şəkildə tərk etmək hüququna malik olsunlar;

d) özbaşına və ya əlillik üzündən öz ölkəsinə qayıtmaq hüququndan məhrum olunmasınlar;

2. Əlil uşaqlar anadan olduqdan dərhal sonra qeydiyyata alınır və həmin andan onlara ad qoyulması və vətəndaşlıq əldə etmək hüquqlarına, habelə mümkün dərəcədə öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək hüququna malikdirlər.

 

Maddə 19.

Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər bütün əlillərin seçim variantı ilə bağlı digər insanlarla bərabər səviyyədə daimi yaşayış yerlərində yaşamaqdan ibarət hüququnu tanıyır və onların bu hüquqlarını tam realizə etməsinə və yerli icmalara tam daxil və cəlb olunmasına kömək etmək, habelə aşağıdakıları təmin etmək üçün səmərəli və lazımi tədbirlər görürlər:

a) əlillərin digər insanlar ilə bərabər səviyyədə öz yaşayış yerini və harada və kiminlə yaşamağı seçmək imkanına malik olmasını və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmamasını;

b) əlillərin yerli icmada həyatının dəstəklənməsi və ona daxil olmaq üçün zəruri olan fərdi yardımlar da daxil olmaqla, yerli icmanın bazasında evdə, yaşayış yeri üzrə göstərilən müxtəlif növ xidmətlərdən və digər köməkçi xidmətlərdən istifadə etmək imkanına malik olmasını, habelə onların yerli icmadan təcrid olunmasına və seqreqasiyasına yol verilməməlidir;

c) ümumilikdə bütün əhali üçün təqdim olunan xidmətlər və kollektiv istifadə obyektlərindən əlillərin də bərabər dərəcədə istifadə imkanı olmalı və onların ehtiyaclarına cavab verməlidir.

 

Maddə 20.

Fərdi hərəkət etmək imkanı

İştirakçı dövlətlər əlillərin maksimal dərəcədə müstəqil fərdi hərəkət etmək imkanlarını təmin etmək üçün, o cümlədən aşağıdakı yollarla səmərəli tədbirlər görürlər:

a) əlillərin seçdikləri üsullarla, seçdikləri vaxt və münasib qiymətlə fərdi hərəkət etmələrinə yardım göstərilməsi;

b) əlillərin hərəkəti asanlaşdıran keyfiyyətli vasitələri, qurğuları, yardımçı texnologiyaları və köməkçi və vasitəçilərin xidmətlərini, o cümlədən onların münasib qiymətlə onların hesabına olması şərtilə əldə etmək imkanının asanlaşdırılmasını;

c) əlillərə və onlarla işləyən kadrlara hərəkət vərdişlərinin öyrədilməsi;

d) hərəkəti asanlaşdıran vasitələrin, qurğuların, yardımçı texnologiyaların istehsalı ilə məşğul olan müəssisələrin əlillərin hərəkətinin bütün aspektlərinin nəzərə alınmasına diqqət yetirməsini təşviq etmək.

 

Maddə 21.

Fikir və etiqadların sərbəst ifadə olunması və informasiyadan istifadə imkanları

İştirakçı dövlətlər aşağıdakılar da daxil olmaqla bu Konvensiyanın 2-ci maddəsində müəyyən olunan bütün ünsiyyət formalarından öz seçimlərinə uyğun istifadə etməklə əlillərin digərləri ilə bərabər səviyyədə informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı da daxil olmaqla, öz fikir və etiqadlarını sərbəst ifadə etmək hüququndan istifadə edə bilməsi üçün bütün lazımi tədbirləri görürlər:

a) əlillərin geniş kütlə üçün nəzərdə tutulmuş informasiyalarla əlilliyin müxtəlif formalarını nəzərə alan texnologiyalardan istifadə etməklə vaxtında və əlavə haqq almadan təchiz olunması;

b) jest dillərinin, Brayl əlifbasının, əlillərin seçiminə uyğun gücləndirici və alternativ ünsiyyət üsullarının və ünsiyyətin bütün digər mümkün üsullarının, metod və formatlarının rəsmi münasibətlərdə qəbul olunması və istifadəsinə kömək göstərilməsi;

c) geniş kütləyə xidmətlər göstərən xüsusi mülkiyyət hüququna əsaslanan müəssisələrin, o cümlədən İnternet vasitəsilə əlillər üçün məqbul və yararlı formatlarda informasiya və xidmətlərin təqdim olunmasının təşviq olunması;

d) kütləvi informasiya vasitələrinin, o cümlədən İnternet vasitəsilə məlumat təqdim edənlərin öz xidmətlərinin əlillər üçün yararlı formaya çevrilməsinin təşviq olunması;

e)  jest dilindən istifadənin tanınması və həvələndirilməsi.

 

Maddə 22.

Şəxsi həyatın toxunulmazlığı

1. Yaşayış yerindən və mənzil şəraitindən asılı olmayaraq, heç bir əlil onun şəxsi həyatının, ailəsinin, mənzilinin və ya yazışmalarının və digər ünsiyyət formalarının toxunulmazlığına özbaşına və ya qanunsuz qəsd olunmasına, yaxud onun şərəf və ləyaqətinə xələl yetirilməsinə məruz qalmamalıdır. Əlillər bu cür qəsd və hücumlardan qanunla müdafiə olunmaq hüququna malikdirlər.

2. İştirakçı dövlətlər əlillərin şəxsiyyəti, sağlamlığı və reabilitasiyası haqqında məlumatların məxfiliyini digərləri ilə bərabər səviyyədə mühafizə edirlər.  

 

Maddə 23.

Evə və ailəyə hörmət

1. İştirakçı dövlətlər əlillərə münasibətdə nigah, ailə, atalıq, analıq hüququ və şəxsi münasibətlərə dair bütün məsələlər üzrə ayrı-seçkiliyin aradan qaldırılması üçün digərləri ilə bərabər səviyyədə səmərəli və lazımi tədbirlər görür və aşağıdakılara nail olmağa can atırlar:

a) nikah yaşına çatmış bütün nikaha daxil olan əlillərin azad və tam razılığı əsasında nikaha daxil olmaq və ailə qurmaq hüquqlarının tanınması;

b) əlillərin uşaqlarının sayı və onların doğulması arasındakı interval ilə bağlı azad və məsuliyyətli qərar qəbul etmək, habelə ailənin reproduktiv davranışı və planlaşdırılması məsələlərində müvafiq yaşa uyğun məlumatları və maarifləndirməni əldə etmək hüquqlarının və onlara bu huquqların həyata keçirilməsinə imkan verən vasitələrin təqdim olunması  hüquqlarının tanınmasını;

c) əlil uşaqlar da daxil olmaqla, əlillərin öz təbii artım qabiliyyətini saxlamasını.

2. İştirakçı dövlətlər əlillərin qəyyumluğa, himayəçiliyə, övladlığa götürülməyə və digər anoloji institutlara münasibətdə - bu anlayışlar qanunvericilikdə olduqda hüquq və vəzifələrini təmin edirlər; bütün hallarda uşağın ali maraqları birinci dərəcəli əhəmiyyət kəsb edir. İştirakçı dövlətlər əlillərin öz uşaqlarını tərbiyə etmək üzrə vəzifələrini yerinə yetirməkdə lazımi yardım göstərirlər.

3. İştirakçı dövlətlər əlil uşaqların ailə həyatı ilə bağlı bərabər hüquqa malik olmalarını təmin edirlər. Bu hüquqların həyata keçirilməsi və əlil uşaqların gizlədilməsinə, onların atılmasına, onlara baxmaqdan yayınmağa və onların təcrid olunmasına yol verməmək üçün iştirakçı dövlətlər əlil uşaqları və onların ailələrini lap əvvəldən hərtərəfli məlumat, xidmət və dəstəklə təmin etməyi öhdələrinə götürürlər.

4. İştirakçı dövlətlər məhkəmənin nəzarət etdiyi səlahiyyətli orqanların qüvvədə olan qanunlara və prosedurlara uyğun olaraq bu cür ayrılmanın uşağın ali maraqları üçün zəruri olduğunu müəyyən etdiyi hallar istisna olmaqla, əlil uşaqların valideynlərinin onların iradəsinə zidd olaraq ayrılmamalarını təmin edirlər. Uşağın özünün və ya onun valideynlərindən birinin və ya hər ikisinin əlil olması səbəbindən heç bir halda uşaq valideynlərindən ayrıla bilməz.

5. İştirakçı dövlətlər yaxın qohumlar əlil uşağa baxa bilmədikdə, daha uzaq qohumların cəlb olunması hesabına alternativ qayğı göstərməsini təşkil etmək, bu cür imkan olmadıqda isə  - uşağın yerli icmada yaşaması üçün ailə şəraitinin yaradılmasını öhdəsinə götürür.

 

Maddə 24.

Təhsil

1. İştirakçı dövlətlər əlillərin təhsil almaq hüququnu tanıyır. Bu hüququn ayrı-seçkiliyə yol vermədən və imkanların bərabərliyi əsasında həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün səviyyələrdə inklyüziv təhsili və bütün həyatı boyu təlimi təmin edir və bu zaman aşağıdakılara çalışırlar:

a) insan potensialının, eləcə də ləyaqət və özünə hörmət  hisslərinin tam inkişafına, insan hüquqlarına, əsas azadlıqlarına və insan müxtəlifliyinə hörmətin güclənməsinə;

b) əlillərin şəxsiyyətinin, fərdi istedad və yaradıcılığının, habelə onların tam həcmdə əqli və fiziki qabiliyyətlərinin inkişafına;

c) əlillərə azad cəmiyyətin həyatında səmərəli iştirak etmək imkanlarının verilməsinə.

 

2. İştirakçı dövlətlər bu hüququnu realizəsi zamanı aşağıdakıları təmin edirlər:

a) əlillərin əlillik səbəbinə görə təhsildən, əlil uşaqların isə pulsuz ibtidai və orta təhsildən kənarlaşdırılmamasını;

b) əlillərin digərləri ilə bərabər səviyyədə öz yaşayış yerlərində inklyüziv, keyfiyyətli və pulsuz ibtidai və orta təhsil almaq imkanlarına malik olmalarını;

c) fərdi tələbatı nəzərə alan vasitələr ilə təchiz olunmasını;

d) əlillərin təhsil sistemində effektiv tədrisi yüngülləşdirmək üçün tələb olunan yardımı almalarını;

e) biliklərin mənimsənilməsinə tam şərait yaratmaq məqsədilə biliklərin və sosial inkişafın mənimsənilməsinə maksimum kömək edən şəraitdə effektiv ölçülərin götürülməsini təmin edirlər.

3. İştirakçı dövlətlər əlillərə həyatı və sosial bilikləri mənimsəmək imkanını verərək onlara təhsil prosesində və cəmiyyətin həyatında iştirak etmək hüququ verirlər. İştirakçı dövlətlər bu istiqamətdə lazımi tədbirlər görür, o cümlədən:

a) Brayl əlifbasının, alternativ şifrələrin, o cümlədən də alternativ metodların və ünsiyyət üsulları ilə formatlarının, eləcə də ünsiyyət bacarığının mənimsənilməsinə şərait yaratmaqla yanaşı həmyaşıdlar tərəfindən dəstəklənməsinə şərait yaradırlar;

b) jest dilinin və karların dilinin mənimsənilməsinə şərait yaradırlar; 

c) kor, kar və kar-kor olan əlillərin, o cümlədən əlil uşaqların onları üçün uyğun gələn dil və metodlarla həyata keçirilməsini təmin edirlər.

4. İştirakçı dövlətlər bu hüququn realizəsini təmin etəmk üçün müəllimlərin, eləcə də  Brayl əlifbasını, alternativ şifrələri, jest dilini bilən müəllimlərin bu işə cəlb olunmasını təmin edirlər. Bu cür tədris prosesi əlillik problemi baxımından təhsil prosesini əhatə edərək əlillərə yardımın göstərilməsi istqamətində gücləndirici alternativ metodlardan, ünsiyyət üsulları ilə formatlardan, tədris metodikası və materiallardan istifadəni əhatə edir.

5. İştirakçı dövlətlər əlillərin ümumi ali təhsilə, peşəkar tədris prosesinə, böyüklər üçün təhsilə və bütün həyatı boyu tədrisə heç bir diskrminasiya olmadan digər şəxslər ilə birlikdə cəlb olunmasını təmin edir. Bu məqsədlə iştirakçı dövlətlər əlillərə lazımi vəsaitlərin təqdim olunmasının da qayğısına qalırlar.

 

Maddə 25.

Sağlamlıq

İştirakçı dövlətlər əlillərin əlillik əlaməti üzrə heç bir diskrimnasiya olmadan ən ali sağlamlıq səviyyəsinə malik olduqlarını qəbul edirlər. İştirakçı dövlətlər əlillərin gender xüsusiyyətlərini, eləcə də sağlamlığa görə reabilitasiya imkanlarını nəzərə almaqla bu kimi xidmətilərdən istifadə etmələrini təmin etmək üçün zəruri qərarlar qəbul edirlər. Xüsusilə də iştirakçı dövlətlər;

a) əlillər üçün sağlamlığın mühafizəsi ilə bağlı təmənnasız və ya ucuz xidmtlərin keyfiyyətini və səviyyəsini seçmək imkanı verərək, dövlətin səhiyyə proqramları çərçviəsində onların reproduktiv və seksual sağlamlığı sahəsində problemlərini də həll etməyə can atırlar;

b) əlillik nəticəsində yaranan fiziki problemlərin aradan qaldırılması ilə bağlı səhiyyə xidmətlərini əlillərə təqdim edirlər; buraya erkən diaqnostika, lazımi hallarda isə korreksiya və xidmətlər, uşaqların və yaşlıların arasında əlilliyi minimuma endirmək kimi xidmətlər də daxil olur;

c) bu xidmətləri səhiyyə sahəsində bu insanların yaşayış məntəqələrinə daha yaxın yerlərdə, o cümlədən kənd rayonlarında təşkil edirlər;

d) səhiyyə mütəxəssislərinin əlillərə eyni keyfiyyətli xidmətlər təklif etmələrini tələb edirlər. Bu eyni zamanda sərbəst və informasiya razılığı əsasında mümkün olub dövlət və özəl səhiyyə üçün etik standartların qəbulu və tədrisi sayəsində insan hüquqları, şərəf və ləyaqəti, əlillərin sərbəstliyi və ehtiyacları haqqında məlumatların əldə olunmasını əngəlləyir;

e) tibbi sığortanın və həyat sığortasının təqdimatı zamanı əlillərə qarşı ayrı-seçkilik hallarını qadağan edirlər. Həyatın sığortası milli qanunvericilikdə təsbit olunduqda və ədalətli və şüurlu şəkildə təqdim olunduqda bu kimi hal məqsədəuyğun hesab olunur;

f) əlillik nəticəsində qida və ya mayenin qəbulu kimi xidmətlərdən diskriminasiyaya görə imtina edilməsinə yol verilmir.

 

 

 

Maddə 26.

Abilitasiya və reabilitasiya

1. İştirakçı dövlətlər digər əlillərin dəstəyi ilə əlillərə maksimal müstəqillik, tam fiziki, əqli, sosial və peşəkar imkanlar vermək və həyatın bütün sahələrinə cəlb etmək istiqamətində əməli tədbirlər görürlər. İştirakçı dövlətlər kompleks abilitasiya və reabilitasiya xidmətləri ilə proqramlarını xüsusilə də təhsil, səhiyyə, məşğulluq və sosial xidmət sahəsində  təşkil edir, möhkəmləndirir və genişləndirirlər. Məqsəd bu xidmətlərin və proqramların:

a) mümkün qədər daha tez realizə olunaraq fərdin ehtiyaclarının və güclü tərəflərinin çoxsahəli şəkildə qiymətləndirilməsinə imkan yaratması;

b) yerli cəmiyyətə və cəmiyyətin həyatının bütün sahələrinə cəlb olunmağa və qoşulmağa yardım göstərərək könüllü xarakter daşıyıb əlillərin daimi yaşadıqları yerlərdə, o cümlədən kənd yerlərində mövcud olmalıdır.

2. İştirakçı dövlətlər abilitasiya və reabilitasiya xidmətləri sahəsində işləyən personalın və mütəxəssislərin inkişafına şərait yaradırlar.

3. İştirakçı dövlətlər əlillər üçün nəzərdə tutulmuş və onların abilitasiyası və reabilitasiyasına aid assistiv qurğuların və texnologiyaların varlığını və istifadəsini təşviq edir.

 

Maddə 27.

Əmək və məşğulluq

 

1. İştirakçı dövlətlər əlillərin əmək hüququnu digər şəxslərin əmək hüququna bərabər tuturlar; bu hüquqa əmək bazarının və istehsalat mühitinin əlillər üçün açıq, inklüziv və əlverişli şəraitdə əlilin sərbəst seçdiyi və ya razılıq verdiyi əməyi ilə özünü təmin etmək hüququ daxildir. İştirakçı dövlətlər əmək fəaliyyəti zamanı istehsalat travması almış əlillər də daxil olmaqla, zəruri tədbirlərin, o cümlədən  qanunvericilikdə nəzərdə tutulan qaydada, qəbul edilməsi vasitəsilə əmək hüququnun həyata keçirilməsini aşağıda göstərilən  məqsədlər üçün təmin edir və həvəsləndirir:

a) işə qəbul, məşğulluq, işin qorunması, xidməti vəzifədə irəliləmə, təhlükəsiz və sağlam əmək şəraiti də daxil olmaqla məşğulluq növləri ilə bağlı bütün məsələlərə münasibətdə  əlillik əlaməti üzrə ayrı-seçkiliyin  qadağan olunması; 

b) bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırma, təhlükəsiz və sağlam əmək şəraiti, o cümlədən sataşma hallarından müdafiə və şikayətlərin təmin edilməsi daxil olmaqla əlillərin ədalətli və əlverişli əmək şəraitinə dair hüquqlarının digər şəxslərlə bərabər qorunması;

c) əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarının digər şəxslərlə bərabər həyata keçirilməsinin təmin edilməsi;

d) əlillərə  ümumi texniki və peşəkar yönümlü  proqramlara, işədüzəltmə xidmətlərinə və peşəkar, fasiləsiz  təhsil prosesinə qoşulmaq imkanının verilməsi;

e) əmək bazarında əlillərin işlə təminatı, xidməti vəzifədə irəliləmə imkanlarının genişləndirilməsi, eləcə də işin axtarılması, tapılması, saxlanması və bərpasına yardım göstərilməsi;

f) fərdi əmək fəaliyyəti, sahibkarlıq, kooperativlərin inkişaf etdirilməsi və şəxsi işin təşkili üçün imkanların genişləndirilməsi;

g)  əlillərin dövlət sektorunda muzdlu işə qəbul edilməsi;

h) pozitiv fəaliyyət proqramları, stimul və digər tədbirlərdən ibarət zəruri  strategiya və tədbirlərin köməyi ilə əlillərin özəl sektorda muzdlu işə qəbul edilməsinin stimullaşdırılması;

i) əlillərin iş yerində səmərəli vasitələrlə təmin edilməsi;

j) açıq əmək bazarı şəraitində əlillər tərəfindən iş təcrübəsinin mənimsənilməsinin mükafatlandırılması;

k)  əlillər üçün peşəkar və ixtisas reabilitasiyası, iş yerlərinin qorunması və  işə qaytarılma üzrə proqramların mükafatlandırılması.

2. İştirakçı dövlətlər əlillərin qul kimi və ya asılı vəziyyətdə  saxlanılmamasını və digər şəxslərlə bərabər icbari və məcburi əməkdən müdafiə olunmasını təmin edir.

 

Maddə 28.

 

Kafi həyat səviyyəsi və sosial müdafiə

 

1. İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə kafi həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin edilməsi  və mükafatlandırılması üçün zəruri tədbirləri görür.

2. İştirakçı dövlətlər əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən əlillərin sosial müdafiə hüququnu və ondan istifadə etmək hüququnu tanıyır və bu hüququn təmin edilməsi  və mükafatlandırılması üçün zəruri tədbirləri görür, o cümlədən:

a) əlillərin  təmiz su, zəruri və ucuz xidmətlə, vasitələrlə bərabər səviyyədə təmin olunmaları və  əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün digər köməyin göstərilməsi;

b) əlillərə, xüsusilə əlil qadınlara, qızlara və yaşlı insanlara sosial müdafiə və yoxsulluğun miqyasının azadılması proqramlarından istifadə etmək imkanının təminatı;

c) yoxsulluq şəraitində yaşayan əlillərə və onların ailələrinə  zəruri təhsil, məsləhət, maliyyə yardımı və müvəqqəti  patronaj xidməti kimi əlilliklə bağlı məsrəflərin  dövlət tərəfindən qarşılanması imkanından istifadənin təminatı;

d) əlillərin dövlət yaşayış proqramlarından istifadəsinin təminatı;

e) əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadəsinin təminatı.

 

 

Maddə 29.

Siyasi və ictimai həyatda iştirak

İştirakçı dövlətlər əlillərə siyasi hüquqlar verərək bu hüquqlardan digər şəxslər ilə bərabər istifadə etmək imkanı verir və aşağıdakı öhdəlikləri üzərinə götürür:

a) əlillərə ictimai və siyasi həyatda digər şəxslər ilə bərabər birbaşa və ya sərbəst seçilmiş nümayəndələr vasitəsilə effektiv və geniş şəkildə iştirak etmək, o cümlədən səs vermək və seçilmək imkanını aşağıda qeyd edilənləri nəzərə almaqla təmin etmək:

i) səsvermə üçün prosedurların, otaqların və materialların anlama və istifadə üçün münasib, əlverişli və asan olmasının təminatı;

ii) əlillərin münasib olduqda assistiv qurğuların və texnologiyaların köməyi ilə hədə-qorxuya məruz qalmadan gizli səsvermədə və referendum prosesində iştirakı və dövlət hakimiyyətinin bütün səviyyələrində hər hansı ictimai funksiyaları həyata keçirmək məqsədilə müəyyən vəzifə tutmaları üçün namizədliklərini təqdim etmək  hüquqlarının müdafiə olunması;

iii) əlillərin sərbəst seçicilər kimi iradələrini bildirmək imkanının və bu məqsədlə onların xahişinə əsasən, zəruri hallarda, səsvermə prosesində hər hansı bir nümayəndə tərəfindən onlara yardım göstərilməsinin təminatı;

b) əlillərin diskriminasiya olmadan digər şəxslər ilə bərabər dövlət işlərinin idarə olunmasında effektiv və hərtərəfli iştirak etmələrinə şəraitin yaradılmasına fəal yardım göstərilməsi və onların dövlət işlərində iştirakını, o cümlədən:

i) fəaliyyəti ölkənin dövlət və siyasi həyatı ilə bağlı olan qeyri – hökumət təşkilatları və birlikləri, həmçinin siyasi partiyaların fəaliyyətində və onların idarəsində iştirakını;

ii) əlillərin təşkilatının yaradılması və əlilləri beynəlxalq, milli, regional və yerli səviyyələrdə təmsil etmək üçün onların bu təşkilatlara qoşulmalarını mükafatlandlırılmaq. 

 

 

Maddə 30.

Mədəni həyatda iştirak, asudə vaxtın və istirahətin təşkili və idmanla məşğul olma

 

1. İştirakçı dövlətlər əlillərin digər şəxslərlə bərabər mədəni həyatda iştirak etmək hüququnu tanıy




Tarix:     udpo.az saytı Geri