“Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi


“Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi çərçivəsində gənclərlə görüş keçirilib

Fevral ayının 24-ü  “Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi çərçivəsində Sabunçu Gənclər Evində  tədbir həyata keçirib.

Tədbirdə layihə əməkdaşları, tələbələr, yeniyetmə və gənclər iştirak edib. Tədbiri giriş sözü ilə  layihə rəhbəri olan Şəhla Qarayeva açaraq tədbir iştirakçılarını salamlayıb, daha sonra layihə haqqında məlumat verərək bildirib ki, rəhbəri olduğu və həyata keçirdiyi bu layihə  işğal altında olan tarixi abidələrimizin tanıdılması, onlar haqqında gənc  nəslə detallı informasiyanın verilməsindən, eləcə də ictimaiyyətə bir daha erməni vandalizminə məruz qalmış abidələrimizin tanıdılmasından ibarətdir. Layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısı almaqdır, həmçinin KİV vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində tarixi-mədəni abidələrimizə vurulmuş ziyan  barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də onların vasitəsi ilə beynəlxalq ictimaiyyətə əsil həqiqətləri çatdırmaqdır.

Daha sonra layihənin ümumi məqsədinə uyğun olaraq yeniyetmə və gənclərlə maarifləndirici söhbətlər aparılmış, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində gənclərə  informasiyalar verilibdir.

Qeyd edək ki, “Azərbaycanın tarixi abidələri və erməni vandalizmi“ layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. 

Davud Rəhimli

 
  




Tarix:25/2/2019     udpo.az saytı Geri