Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb


Azərbaycanın Boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Boccia idman növü üzrə Beynəlxalq Açıq Regional Çempionata bu gün yekun vurulub.

Açıq Çempionatın qrup mərhələsində komandamız ilk oyunu Macarıstan yığması ilə keçirilib. Macarlara 3-2 hesabı ilə məğlub olan komandamız növbəti mərhələdə Xorvatiya yığması ilə qarşılaşıb. Xorvatları 7-6 hesabı ilə məğlub etdikdən sonra üçüncü mərhələdə komandamız Türkiyə yığması ilə gücünü sınayıb. Türkiyə yığmasını 9-3 hesabı ilə məğlub edən komandamız yarımfinala qədər yüksəlib.

Yarımfinalda komandamız Slovakiya yığmasına 7-1 hesabı ilə məğlub oluqdan sonra çempionluq şansını itirib.

Komandamız üçüncü yer uğrunda yunanlarla mübarizə aparıb. Yunanıstanı 5-4 hesabı ilə məğlub edən komandamız üçüncü yerə layiq görülüb.

Yarışda birinci və ikinci yerləri müvafiq olaraq Slovakiya və Xorvatiya komandaları tutub.

Davud RƏHİMLİ

 

 






Tarix:1/4/2019     udpo.az saytı Geri