Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi


 

Ədliyyə Nazirliyi QHT-lər üçün yeni xidmət mərkəzini təqdim etdi

03 mart 2019-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vətəndaşlar və qeyri-kommersiya təşkilatları üçün yeni xidmət mərkəzini təqdim etmişdir. Təqdimatda bir sıra QHT və media nümayəndələri iştirak etmiş və mərkəzin göstərəcəyi xidmətlər haqqında ətraflı məlumat əldə etmişdir. Azadlıq pr. 72 ünvanda yerləşən mərkəz QHT-lər üçün aşağıdakı imkanları təqdim edir:
1. Qeyri-kommersiya qurumlarının Ədliyyə Nazirliyinə təqdim edəcəyi ərizələrin interaktiv tablo vasitəsi ilə avtomatik tərtib olunması; 
2. Video-bağlantı vasitəsi ilə və ya şəxsən Ədliyyə Nazirliyinin müvafiq vəzifəli şəxslə görüş imkanı;
3. Qeyri-kommersiya qurumlarının hüquqi sənədlərinə, qrantların qeydiyyatına, reyestr məlumatlarının yenilənməsinə və bir çox digər məsələlərə dair pulsuz məsləhət almaq; və
4. Qeyri-kommersiya qurumlarına dair pulsuz bukletlər əldə etmək.
Tədbirdə eyni zamanda Ədliyyə Nazirliyinin gələcəkdə QHT-lər üçün daha çox elektron xidmətlərin göstərəcəyi barədə məlumat verilmişdir.






Tarix:3/4/2019     udpo.az saytı Geri