“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində müzakirə


Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycanda inklüziv təhsil siyasətinin təhlili aparılmışdır. Təhlil beynəlxalq ekspert tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Konvensiyanın 24-cü maddəsinin tələbləri çərçivəsində və həmin maddəyə 4 saylı Ümumi şərhdə nəzərdə tutulan indikatorlara əsasən aparılmışdır. Təhlilin ilkin mərhələsində aidiyyatı dövlət və qeyri-hökumət təşkilatları ilə konsultasiya görüşü keçirilmiş və ölkədə mövcud vəziyyətin dəyərləndirilməsi aparılmışdır.

Hazırda təhlil tapıntılarının və qanunvericiliyin Konvensiyanın tələblərinə uyğunlaşdırılması üzrə tövsiyələrin təqdimatı üçün beynəlxalq ekspert ölkədə səfərdədir. Ekspert tərəfindən qeyd olunan təqdimatın keçirilməsi üçün tərəfimizdən 22 may 2019-cu ildə Hyatt Regency mehmanxanasının Şuşa zalında bütün aidiyyatı tərəflərlə müzakirə görüşünün keçirilməsi nəzərdə tutulmuşdur.

 

 




Tarix:22/5/2019     udpo.az saytı Geri