“Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimatı


“Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimat tədbiri haqqında

PRESS-RELİZ

31 may 2019-cu il tarixdə Bakı Kitab Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial Müdafiəsi  Fondunun  maliyyə dəstəyi ilə həyata keçirilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Əlil Ziyalılar İctimai Birliklərinin  birgə icra etdikləri “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” adlı layihənin təqdimat tədbiri keçirilmişdir.   

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə dəstəyi ilə həyata keçirilmiş silsilə layihələrdən biridir. NaZirlik tərəfindən görmə imkanların məhdud şəxslər üçün informasiya müyəssərliyinin təmin edilməsi sahəsində artıq 5-ci layihədir ki, Az.GƏC və Əlil Ziyalılar İctimai birlikləri tərəfindən icra edilir. 

Tədbirdə  layihə çərçivəsində   görmə və eşitmə  üzrə əlilliyi olan   uşaqlar   üçün  ölkədə ilk dəfə olaraq  hazırlanmış “Tiflo-surdo elekton və daktil “ kitablar təqdim edilmişdir.

“Tiflo-surdo elektron və daktil kitab” nədir?zəifgörən, zəifeşidən, tamamilə görmə və eşitmə məhdudiyyətli  olan uşaqlar üçün bir kitabda cəmləşdirilmiş müyəssər, orijinal  görüntüyə maksimal dərəcədə yaxın, əlvan rəngli şəkillərlə təmin edilmiş, obrazlarla (insan, təbiət hadisələri və müxtəlif heyvanların səsləri) səsləndirilmiş audio formatla (elektron məlumat daşıyıcılarla)  təchiz edilmiş, iri şriftli  və Brayl yazı üsulu ilə hazırlanmış  kitabdır.

Tədbir layihə çərçivəsində hazırlanmış nağıllardan biri olan “Qoğal” kitabının nümayişi ilə başladı. İki hissədən ibarət olan tədbirin rəsmi hissəsində dəvət olunmuş qonaqlar çıxış etdilər. Bədii hissədə isə gözdən əlil, istedadlı gənclərin maraqlı musiqili çıxışları oldu.

Tədbirdə  görmə və eşitmə üzrə əlilliyi olan  uşaqlarla yanaşı  aidiyyatı  dövlət və qeyri hökumət   təşkilatları, KİV nümayəndələri, eləcə də  ölkənin sosial inkişafı sahəsində aktiv olan cəmiyyət nümayəndələri iştirak etmişdir. Bu isə tədbirin gələcək səmərəsini, əlil və tipik insan cəmiyyətinin birgə diskussiyası ilə əldə ediləcək müsbət nəticəni vəd edir.

 

Əlaqədar şəxs:    

Reyhan Cəfərova 070 231 38 69     012 514 02 54

 
 




Tarix:31/5/2019     udpo.az saytı Geri