“Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihə


“Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi 30 oktyabr 2008-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir (Qeydiyyat N 1108-Q23-2577).Birliyin əsas məqsədi ölkə ərazisində yaşayan əlilliyi olan uşaqların sosial problemlərinin həllinə kömək etməkdir. 2014-cü ildən ictimai birlik Abşeron rayonu Saray qəsəbəsində fəaliyyət göstərir.Fəaliyyəti dövründə Bakı,  Sumqayıt və Xırdalan şəhər,Saray, Masazır, Ceyranbatan qəsəbələrindən müraciət edən ailələrə köməklik göstərilmiş və 100-dən çox əlilliyi olan uşaq ümumtəhsil məktəb və uşaq bağçalarına cəlb olunmuşdu. “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi 15 may 2019-cu il tarixindən Abşeron rayonu Saray qəsəbəsində Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surasının dəstəyi ilə “Sumqayıt şəhər və Saray qəsəbəsində əlilliyi olan uşaqlara icma əsaslı sosial rebilitasiya xidmətlərinin göstərilməsi” adlı layihəsini həyata keçirir. Layihənin əsas məqsədi  müxtəlif növ  xəstəliklərdən (əqli, fiziki,davranış, ünsiyyət, nitq və s.) əziyyət çəkən əlilliyi olan uşaqların funksional bacarıqlarının inkişaf etdirilməsi və cəmiyyətə adoptasiyasının təmini üçün  icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsidir.Layihəyə əhalinin ən həssas təbəqəsindən olan ailələrdə yaşayan 20 əlilliyi olan uşaq cəlb olunmişdu. Bu uşaqlar ailə başçısı itirilmiş, valideynləri müxtəlif ağır xəstəlikdən əziyyət çəkən, şəhid, qaçqın, məcburi köçkün və diğər imtiyazlı ailələrdə yaşayan 3-18 yaş arası əlilliyi olan uşaqlardı. Uşaqların mütəxəssis tərəfindən yoxlanılması,qiymətləndirmə aparılması, inkişaf planının tutulması, fərdi və qrup məşğələlərinə cəlb olunması həyata keçirilir. Eyni zamanda sosial rebilitasiya ilə yanaşı uşaqların cəmiyyətə adoptasiyasını təmin etmək üçün onların müxtəlif tədbirlərə qatılmasına köməklik göstərilir. Layihə çərçivəsində  uşaglarala yanaşı valideynlərlədə iş aparılır.Müraciət edən ailələrlə sosial iş aparılır. Valideynlərə üzləşdiyi sosial məsələrldə (ünvanlı yardım, məktəb, bağça, müavinət və s.) köməklik göstərilir. Layıhə çərçivəsində valideynlərə  müxtəlif mövzulardan olan uşaq inkişafı və sosial yönümlü təlimlərin keçilirməsi nəzərdə tutulmuşdur. Eyni zamanda könüllü  valideynlərdən ibarət valideyn dəstək qrupu yaradılmışdır və gələcəkdə  həmin qrup ictimai birliyə müraciət edən diğər ailələrə kömək edəcəkdir.

 
 




Tarix:07/06 2019     udpo.az saytı Geri