Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib


Lənkəran şəhərində növbəti ictimai məlumatlandırma seminarı keçirilib


“Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi

 

Press – Reliz

Lənkəran şəhəri.                                                                              21-22 iyun 2019- cu il

Lənkəran şəhərində ictimai məlumatlandırma seminarı keçirilib

      Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf  Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Lənkəran şəhəri üzrə əlilliyi olan şəxslər üçün əlçatan mühitin yaradılmasına dair “Hamı üçün müyəssər xoşbəxt şəhər”layihəsini həyata keçirir. Layihənin partnyor təşkilatı Lənkəran şəhər Bələdiyyəsidir.

     Layihənin məqsədi Lənkəran şəhərində əlilliyi olan şəxlər üçün gender məsələlərini nəzərə almaqla müyəssər mühitin yaradılması üzrə ictimai maarifləndirmə, müyəssər şəhər modelinin qurulması ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaqdır.

    Layihə çərçivəsində 21-22 iyun tarixində Lənkəran şəhərində növbəti iki günlük ictimai məlumatlandırma seminarı keçirilmişdir. Seminarda Lənkəran şəhərində fəaliyyət göstərən əlaqədar hökumət, vətəndaş cəmiyyəti, biznes, KİV iştirak etmişdir.

     

     İctimai məlumatlandırma seminarında müzakirələr olmuş, iştirakçıların sualları cavalandırılmış, təkliflər dinlənilmiş və qeyd olunmuşdur.

 
 






Tarix:22/6/2019     udpo.az saytı Geri