“Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması”


Press-reliz

 

Masallı rayonu Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyində “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb olunması” mövzusunda tədbir keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə həyata keçirilir.  

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Məmmədhəsən Həsənov  həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd yeni iqtisadi şərtlər daxilində şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları daxil olmaqla aztəminatlı ailələr üçün orta və uzunmüddətli dövrdə effektiv sosial müdafiə mexanizminin formalaşdırılması, sosial yardım modelindən sosial reabilitasiya (özününməşğulluq) modelinə keçidin asanlaşdırılması, iqtisadi asılılığın azaldılması və inklüziv əmək bazarının formalaşdırılmasına yardım göstərilməsi, həmçinin “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsidir.  

Daha sonra layihənin ekperti Rəşad Həsənov söz açaraq tədbir iştirakçılarına apardığı araşdırmalar və layihə barədə geniş məlumat verdi.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkiafı Agentliyinin Masallı rayonu üzrə “KOB Dostu” Əkbər Şahverdiyev çıxışında Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək tədbirləri və KOBİA-nın mühüm layihələrindən olan “KOB Dostu” barədə məlumat verib. Bildirilib ki, KOB dostları Agentliyin yerlərdəki nümayəndələri olmaqla müxtəlif istiqamətlərdə KOB-lara dəstək göstərir. Əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə KOBİA özünüməşğulluğa da dəstək göstərir. Belə ki, Agentliyin 13 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərində özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlər keçirilir, onlara mikro və kiçik biznes subyektinə çevrilmələri üçün məsləhət və digər xidmətlər göstərilir. Özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, KOB dostlarına da müraciət edə bilərlər.

Tədbirdə iştirak edən digər qonaqlar da layihə haqqında öz fikirlərini bildirdilər. Sonda Layihənin rəhbəri Məmmədhəsən Həsənov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

 

Mina Qurbanlarının Sosial-İqtisadi

Probelmlərinin Həllinə Kömək"

İctimai Birliyinin sədri:                                               Məmmədhəsən Həsənov

    
 




Tarix:31/7/2019     udpo.az saytı Geri