“Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması”


Press-reliz

 

Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Əlilliyi olan şəxslərin sosial müdafiə və özünüdəstək mexanizmlərindən yararlanma imkanlarının artırılması” layihəsi qrafika uyğun 11 iyul 2019-cu il tarixində saat 10:30-da Yardımlı rayonu Mədəniyyət evində nəzərdə tutulduğu kimi keçirildi. Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud vətəndaşların sosial rifahının dayanıqlığı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, bu qurupa daxil olan insanların ölkəmizdə tətbiq edilən sosial müdafiə və təşviq mexanizmlərinin yararlanma səviyyəsinin yüksəldilməsi, əlil vətəndaşlarının ölkə iqtisadiyyatının, o cümlədən əmək bazarının aktiv iştirakçılarına çevrilməsi istiqamətində maarifləndirici tədbirlərinin intensivliyinin artırılması və beləliklə iqtisadi inkluzivliyin dəstəklənməsi və bu sahədə mövcud problemlərin həlli yolları mövzusunda müzakirələr aparılmışdır.

 

Azərbaycan Əlilləri Cəmiyyəti İctimai Birliyi   






Tarix:18/7/2019     udpo.az saytı Geri