Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması


 PRESS-RELİZ

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 19 iyul tarixində Bakı şəhəri Milli Hüquq evində Əlilliyi olan gənclərin İKT bacarıqlarının artırılması məqsədi ilə təlim təşkil etdi.

Bu barədə ƏSMİD İctimai Birliyinin sədri,layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, ilk təlim Sumqayıt şəhərində 15 nəfər əlilliyi olan gənclər üçün təşkil olunmuşdur. İkinci təlim isə Bakı şəhəri Milli Hüquq Evində 15 nəfər eşitmə və nitq məhdudiyyətli gənclər üçün keçirildi. Layihənin məqsədi sağlamlıq imkanları məhdud gənclərin  gələcəkdə bu sahədə daha aktiv fəaliyyətlə məşqul olmasına dəstək verməkdir. İki təlimdən sonra avqustun sonunda  Sumqayıt şəhərində SosialMedia.az saytının təqdimat mərasimi təşkil olunacaq deyə vurğulayıb.

Təlimçi Cəsarət Hüseynzadə eşitmə və nitq məhdudiyyətli gənclərə Surdoloq vastəsi ilə  SosialMedia.az saytı üzərində işləmək mexanizmini,onların sayt üzərində əl işlərindən ibarət  elektron bazanın yaradılmasını öyrətdi. Qeydiyyatdan keçən eşitmə və nitq məhdudiyyətli gənclər öz şəxsi hesablarını saytda yaratdılar. Təlimin sonunda gənclərə sertifikatlar təqdim olundu.

Qeyd edək ki,təlimdə əməkdaş təşkilat olan Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin üzvüləri iştirak etdi.

 






Tarix:20/7/2019     udpo.az saytı Geri