“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”


“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba rayonunun Vəlvələ, Xorasa, Paşa oba, Bərgou, Tabalıqışlaq, Alpan, Uzunmeşə, Çərəy, Susay, Kurkün kimi ucqar kəndlərində cəmi 53 nəfər  əlilliyi olan şəxsiləri əhatə etmişdir.  Xidmətin bundan əvvəl fəaliyyətləri nəticəsində  qeyd olunan ərazilərdə əlilliyi olan şəxslər ilə fokus qrupların və təlimlərin aparılması nəticəsində problemlər müəyyənləşdirilmiş, hüquqşunas tərəfindən qruplaşdırılmışdır. Fəaliyyət zamanı anket sorğuları əsasında tələbatlar öyrənilmişdir.

   Bundan başqa bir nəfər peşə təliminə yönəldilmiş, 4 nəfər Quba Günərzi Qayğı mərkəzinə yerləşdirilmiş, bir nəfərin protez ayaq, bir nəfərin protez qol, 1 nəfərin karset alınmasına, 2 nəfərin əlillik dərəcəsinin alınmasına dəstək olunmuş və 4 həfər müalicəyə göndərilmişdir. İçməli su problemi ilə əlaqədar Su Meliorasiya İdarəsinə müraciət olunmuşdur.  

      Qeyd edək ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilmişdir.

 

 




Tarix:31/7/2019     udpo.az saytı Geri