Dəyirmi masada - Quba rayonu


Press Reliz

№ 09/CRRC                                                                                         09 avqust 2019 –cu il

 

    “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətinə əsasən Quba şəhəri, Fətəlixan kùcasi 133 ünvanda Dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Quba rayonunda yerləşən müvafiq təşkilatların nümayəndələri iştirak etmişlər (Siyahı əlavə olunur). Dəyirmi masada Quba rayonun Alpan və Vəlvələ qəsəbələri və onların ətrafında olan 8 kənddə əlilliyi olan şəxslər və onların valideynləri ilə 15 fokus qrupların və 50 nəfərə təlimlərin keçirilməsi, 120 nəfəriə hüquqi xidmətlərin, 14 nəfərə problemləri üzrə xidmətlərin göstərilməsi barədə təqdimat olmuşdur. Təqdimatda xidmət  zamanı əlilliyi olan şəxslərin və onların ailələrinin rastlaşdıqları problemlər və onların hüquqi müstəvidə həlli yolları  qeyd olunmuşdur.

    Sonra əlilliyi olan şəxslərin və onların ailələrinin əsas rastlaşdıqları problemlər onlara uyğun təkliflər və hüquqa çatım yolları haqqında təkliflər paketi iştirakçıların diqqətinə çatdırılmışdır.

    Tədbir iştirakçıları görülmüş işlər və ən əsas gələcəkdə həm iş əsnasında, həm olunacaq müraciətlərə, həm də hüquqi xidmətlərin göstərilməsi yollarını  müzakirə etmişlər. Bunların əsasında gələcək fəaliyyət planının layihəsi hazırlanmışdır. 

    Qeyd edək ki, analoji xidmətlər İsmayıllı və Bərdə rayonlarında da həyata keçirilmiş və xidmətlər göstərilməkdədir.

    Analoji dəyirmi masalar İsmayıllı və Bərdə rayonlarında da keçirildikdən sonra məlumatları özündə əks etdirən və gələcəkdə bir Yol xəritəsi kimi istifadə edilə biləcək 1000 tirajla nəşr hazırlanaraq aidiyyatı üzrə (benefisiarlar, təşkilatlar) paylanacaqdır.

      Qeyd edək ki, bu xidmətlər Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) “UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyəti çərçivəsində göstərilmişdir.

Əlil Təşkilatları İttifaqı (ƏTİ)

Mətbuat Xidməti

 

 
 




Tarix:9/8/2019     udpo.az saytı Geri