UNDP VCT-lər üçün PR təlimi


Əgər siz təşkilat olaraq öz auditoriyanıza çatmaq, donor və könüllülərinizlə əlaqə qurmaq və ictimai görünürlüyünüzü artırmaq istəyirsinizsə, sosial media bunun üçün ən vacib alətlərdən biridir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması layihəsi çərçivəsində təşkil olunmuş Sosial Media və Onlayn PR təliminin ikinci və sonuncu günündə müxtəlif VCT nümayəndələri maraqlı məzmun yaratma üsullarını, məzmun planını yazmağı və sosial media reklamları vasitəsilə fəaliyyətlərini təbliğ etməyi öyrəndilər. Təlimçilərin köməyi ilə sonda onlar həmçinin təşkilatlarının PR strategiyasının ilkin versiyasını hazırladılar.

 
 

 






Tarix:23/8/2019     udpo.az saytı Geri