Ucarda maarifləndirmə tədbiri keçirilib


Ucarda maarifləndirmə tədbiri keçirilib

 

  “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili layihəsi çərçivəsində Ucar rayonunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə uşaqlar, müəllimlər və valideynlər iştirak ediblər.

Ucar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əbutalib Mikayılov tədbiri açaraq, bu tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb və iştirakçıları fəal olmağa dəvət edib.

Tədbirdə layihənin eksperti Əhməd Mansurov öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına görə isə Ucar Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.

O, uşaq hüquqları sahəsində beynəlxalq və milli qanunvericilik, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, zorakılığın yaratdığı fəsadlar, zorakılığa məruz qalan uşaqların reabilitasiyasının zəruriliyi və digər  bu kimi məsələlər barədə ətraflı məlumat verib.

Uşaqların müdafiə, yaşamaq, inkişaf və iştirak hüquqlarına toxunan ekspert dövlətimizdə uşaq müdafiə sistemi haqqında iştirakçıları məlumatlandırıb.

Tədbir zamanı müəllimlər öz fikirlərini bildirib, səmimi müzakirələr aparılıb və uşaqların çoxsaylı sualları cavablandırılıb.

 

 

Mətbuat xidməti  






Tarix:12/10/2019     udpo.az saytı Geri