Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir


 Peşə hazırlığında fasilə yaranmış işsizlərə də təqaüd ödənişi davam edir

Pandemiya ilə əlaqədar  sosial dəstək tədbirləri  peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərini də əhatə edir.

Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli Qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın günlərdə həmin şəxslərə fasilə yaranmış dövr üzrə təqaüdlərinin ödənişi təmin olunacaq. Bu sosial müdafiə tədbiri 500-dən çox müdavimi əhatə edəcək.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.

Peşə hazırlığına cəlb olunanlara hər ay minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

 
        




Tarix:23/4/2020     udpo.az saytı Geri