"Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirilir


Son illər respublikamızda əlilliyi olan uşaqların rahat şəkildə yaşamaları üçün dövlətimiz tərəfindən keçirilən  layihələrə yüksək dəstək verilir. Azərbaycan Respunlikasının Prezidenti yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi 1 iyul tarixindən “Əlilliyi olan uşaqların sosial reabilitasiyası” adlı layihəsini həyata keçirir. Layihənin məqsədi Sumqayıt şəhər və ətraf qəsəbələrdən əhalinin ən həssas təbəqəsindən (ailə başçısı itirilmiş, bir ailədə 2 və daha çox əlilliyi olan uşaq və şəxs, şəhid ailəsi, qaçqın və məcburi köçkün və s.) olan ailələrdəki əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiya etməsinə kömək etməkdir. Layihə çərçivəsində müxtəlif diaqnozlardan olan (autizm, daun, uşaq serebral iflici, əqli qüsur,və s.) 20 əlilliyi olan uşağın sosial reabilitasiyası təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Müxtəlif siniflərdən olan məktəb proqramını çətin mənimsəyən və yeni dərs ilində 1-ci sinifə  gedən əlilliyi olan uşaqların təlimlənməsi pedaqoq tərəfindən aparılır. Uşaqların Sumqayıt şəhəri ilə yanaşı ətraf qəsəbələrdən (Saray, Ceyranbatan, Novxanı və s.) cəlb olunması heç yerə çıxışı olmayan ailələrin uşaqları ilə valideynlərinin təlimlənməsidir. layihə zamanı valideynlərə uşaq inkişafına dair təlimlər keçirilərək tövsiyələr verilir. Layihəyə alı məktəblərdə oxuyan könüllülər cəlb olunur. Pandemiya dövründə layihənin keçirilməsi ailələrə böyük dəstək olur. Eyni zamanda təlimlər zamanı pandemiya şərtləri ciddi şəkildə əməl olunur. Valideynlər uşaqlara göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev cənablarına dərin təşəkkürlərini bildirirlər.

 
 




Tarix:24/7/2020     udpo.az saytı Geri