Vebinar: sosial sahibkarlıq


Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər.

Azərbaycanda bu sahə yeni olmasına baxmayaraq artıq müəyyən addımlar atılmışdır. Education HUB olaraq bu sahəyə ictimaiyyətin diqqətini yönəlmək üçün silsilə müzakirələrə başlayırıq. Müzakirələrdə QHT-lərin iqtisadi və sosial hədəfləri arasında tarazlıq, sosial sahibkarlıq vasitəsilə dayanıqlı inkişafa nail olmaq, eləcə də Azərbaycan qanunvericiliyində sosial sahibkarlığın hüquqi bazasının yaradılması məsələləri müzakirə olunacaq.

Müzakirə 17 Avqust saat 17.00-da Zoom platforması üzərindən aparılacaq. Moderatorlar hüquqşünas Abil Bayramov və Education HUB-ın Proqram Meneceri Gulnara İsmailovadır.

Tarix: 17 Avqust 2020
Saat: 17.00
Zoom linki: https://us02web.zoom.us/j/82125188494
Qeyri-hökumət təşkilatları və təşəbbüs qrupları müzakirəyə dəvətlidir.Qeyd edək ki, müzakirələr “Öyrən, başla və tətbiq et!” adlı sosial sahibkarlıq proqramı çərçivısində həyata keçirilir. Proqramın dəstəkçisi Niderland Krallığının Azərbaycandakı səfirliyidir. Davud Rəhimli Əlil Təşkilatları İttifaqı

 
   




Tarix:17/8/2020     udpo.az saytı Geri