Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üzrə ictimai iştirakçılığın təmin edilməsi məqsədilə onlayn görüş keçirilmişdir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 31 yanvar 2020-ci il tarixli müvafiq əmri ilə dövlət monitorinqinin həyata keçirilməsi üzrə 2020-ci il üçün tədbirlər planı təsdiq edilmişdir.

Tədbirlər planında müvafiq sahədə ictimai iştirakçılığın təmin edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilənləri nəzərə alaraq 2020-ci il 18 avqust tarixdə onlayn formada (Microsoft Teams proqramı vasitəsi ilə) görüş təşkil olunmuşdur. DOST Agentliyinin İdarə

Heyətinin sədri, Fərid Məmmədov tədbiri açılışını etmiş və məlumat vermişdir.

Tədbir zamanı əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülmüş işlər, müvafiq sahədə monitorinqin həyata keçirilməsi üzrə tədbirlər planı və onun icra vəziyyəti barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda monitorinqin aparılması üçün təklif olunan metodologiya və pandemiya dövrü üçün monitorinq üsulları barədə ictimai rəyin öyrənilməsi, habelə müvafiq istiqamətdə işlərin daha səmərəli qurulması üçün müzakirələr keçirilmişdir.

 

Davud RƏHİMLİ

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:18/8/2020     udpo.az saytı Geri