“Kənd yerlərində əlilliyi olan şəxslər üçün hüquqi yardım xidmətlərinin inkişaf etdirilməsi” layihəsi


Əlil Təşkilatları İttifaqı (ƏTİ)  Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi yerli icmaların inkişafı və inklüziv tərəqqini artırmaq məqsədilə icma quruculuğu üçün təşəbbüslərə dəstək proqramı çərçivəsində “Kənd yerlərində əlilliyi olan şəxslər üçün hüquqi yardım xidmətlərinin inkişaf etdirilməsi” layihəsini qazanmışdır. Əsas məqsəd ucqar bölgələrdə yaşayan əlilliyi olan şəxslərin xidmətlərə çıxışının yaxşılaşdırılması, yerli icmaların inkişafıdır.

 

Layihəni Sustainera Consultancy şirkətinin mütəxəssisi monitorinq edəcəkdir. Bununla əlaqədar olaraq 19.08.2020 tarixdə layihə rəhbərliyi ilə şirkətin nümayəndəsi online müzakirə aparmışdır.

 
  




Tarix:19/8/2020     udpo.az saytı Geri