İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək Pansionat ilin sonunadək istifadəyə veriləcək


İldə 7 mindən çox şəxsə reabilitasiya xidməti göstərəcək

Pansionat ilin sonunadək istifadəyə veriləcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.

 

Əlil Təşkilatları İttifaqı

Mətbuat Xidməti

   




Tarix:14/11/2020     udpo.az saytı Geri