Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması ilk təşəbbüsünü həyata keçirib


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ərsəyə gələn Bacararsan.az platforması ilk təşəbbüsünü həyata keçirib
 
100-ə yaxın fiziki məhdudiyyətli və proqramlaşdırma sahəsinə başlamaq istəyən gənclərin iştirakçılığı ilə veb proqramlaşdırma mövzusunda informativ və motivasiyaedici silsilə 7 vebinar baş tutub. Samir Kərimov, Vahid Qasımov kimi peşəkarlar proqramlaşdırma sahəsində spikerlik edib, Nuriyyə Ruslanovanın 4 sessiyalıq praktiki kursu həyata keçib. Və Orxan Fərmanlı freelancerlik mövzusunda çıxış edib.
 
Baş tutan bütün vebinarlar Bacararsan.az saytına yüklənmişdir, beləliklə istənilən şəxs hər zaman videoları izləyib bu sahədə təmənnasız resurs kimi yararlana bilər.  İştirakçıların müsbət geri bildirimləri platformanın növbəti təşəbbüsləri üçün böyük stimul olub.
 
Platformın əsas məqsədi xüsusilə fiziki məhdudiyyətli insanların veb proqramlaşdırma sahəsində maariflənməsini təmin etməklə inklüziv öyrənmə prosesinə töhfə verə bilməkdir. Vebinarlarda tipik şəxslərlə yanaşı xeyli sayda fiziki məhdudiyyətli insanların iştirakı nəticəsində layihə öz missiyasını uğurla tamamlamışdır.
 
"Veb proqramçı olmağa heç bir əngəl yoxdur" devizi ilə çıxış edən Bacararsan.az platforması bundan sonra isə davamlı yeni təşəbbüslərlə çıxış edəcək.
 
 
 
Əlil Təşkilatları İttifaqı
 




Tarix:5/1/2021     udpo.az saytı Geri