Mahmud Səfərovun ilk dəfə jest dilində filmi.


“Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin təsisçisi Mahmud Səfərov 2015 ci ildən eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün  Azərbaycanda ilk dəfə  jest dilində çəkilən qısametrajlı filmlərin, sosial çarxların müəllifidir.  Mahmud Səfərovun jest dilində olan Çarli Çaplin obrazında qisametrajlı filmi 2017 - ci ildə Azad Azərbaycan Televiziyasında yayimlanan "VineShow" yarışmasında finala vəsiqə qazanır. Daha sonra  Mahmud Səfərov 2018 - ci ildə  Azərbaycanda ilk dəfə  jest dilində Fuad Tofiqoğlunun rejissorluğu və Ramil Musanın senarisi əsasinda  çəkilən "Mənim Hekayəm" adlı tammetrajlı filimin baş qəhramanını canlandırmışdır.

     "Mənim Hekayəm" filminin Azərbaycan Mədəniyyət Nazirliyinin icazəsi ilə Nizami Kinoteatrında 2019 - cu ildə Qala Gecəsi keçirilmişdir. Film Azərbaycan sərhədlərini aşdı. "Mənim Hekayəm" filminin müxtəlif ölkələrdə təqdimatı keçirilmişdir. Rusiya, Belarusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qirğızıstan, Tacikistan, İran, Gürcüstanın kinoteatrlarinda təqdimati keçirilmişdir. Film Türkiyənin Bursa, İzmir, Ankara, İstanbul şəhərlərində, Gürcüstanın Batumi, Tibilisi, Rusiyanın Moskva daxil olmaqla 57 şəhərində təqdimatı keçirilmişdir.  Azərbaycanda ilk dəfə jestikayla çəkilmiş tammetrajlı film  "Mənim Hekayəm” filmi bir çox ölkələrin Qeyri Hökumət Təşkilatları tərəfindən təşəkkürnamələrlə təltif olunmuşdur.

   Hazırda  "Səssiz Dünya" İşarət Dilində Danışan  Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi,  Azərbaycan Film Akademiyasi ilə əməkdaşlıq edərək eşitmə məhdudiyyəti olan şəxslərlə film çəkilişlərinə hazırlaşir. Azərbaycan Film Akademiyasının təşkil etdiyi kastingdə "Səssiz Dünya" İctimai Birliyinin bir neçə üzvləri öz aktyorluq bacarıqlarını nümayiş etdirmişdir.

Əlil Təşkilatları İttifaqı

 
 




Tarix:8/1/2021     udpo.az saytı Geri